Birlikdə doğulub, birlikdə şəhid oldular... - VİDEO

20 il öncə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdikdən təxminən 8 il sonra eyni gündə doğulan qardaşlar bu gün həmin torpaqları işğaldan azad edib və eyni gündə də şəhid olublar.
“Qafqazinfo” xəbər verir ki, AzTV-nin bununla bağlı hazırladığı reportajda əkiz qardaşlar Nazir və Tacir Allahverdiyevlərin cəbhə zonasında yerləşən Ağdam rayonunun Çullu kəndində anadan olduğu bildirilib.
Qeyd olunub ki, orta məktəbə, hərbi xidmətə birlikdə gedən qardaşlar cəbhəyə də eyni gündə yollanıblar.
Reportajda deyilir: “Azərbaycan üçün strateji zirvələri ələ keçirib, birlikdə şəhidlik zirvəsinə ucalıblar”.
İki şəhid övladını eyni gündə dəfn edən Nailə Allahverdiyeva deyir ki, oğullarının məzarı üzərinə gedib onlara gözaydınlığı verəcək. Əkiz qardaşların uğrunda şəhid olduqları torpaqlar artıq azaddır, Azərbaycanındır!
Təzə avtomobillərin bahalaşmasına daha bir səbəb
Müasir avtomobillər xüsusi xidmət orqanlarının diqqət mərkəzində
Nadir "Bugatti"nin hərracda rekord qiymətə satılması gözlənilir - FOTO
Sərxoş sürücünün “dəlili”: Siqaretin dəmi gəlmişdi
Avtomobil bazarında "Çin tapmacası" - Qiymətlər niyə artmır?
Bu avtomobillərə tələbat artacaq - Bahalaşma gözlənilir?
Azərbaycanda avtomobilləri daha da bahalaşdıracaq HADİSƏ
Elektromobilin gediş ehtiyatını artıran qoşqu
20 ilin “Toyota”sı Çin avtomobilindən daha səmərəli işlədi
Dirsəkli val belə döyülür – VİDEO
Bu yola radar quraşdırıldı; birazdan işə düşəcək - Sürücülərin diqqətinə!










