"BMW"-nin akkumulyator zavodu iş başlayıb

Almaniyanın iri avtomobil istehsalçılarından olan BMW-nin Avropadan kənarda ilk akkumulyator zavodu Çində fəaliyyətə başlayıb. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, Şenyan şəhərində işə başlayan zavodda BMW-nin Çindəki müştərək müəssisəsində buraxılan avtomobillər üçün akkumulyatorlar istehsal olunacaq. Bu, BMW-nin dünyada 3-cü akkumulyator zavodudur. “BMW Brilliance Automotive Ltd.”nin icarçı direktoru Vey Lande bildirib ki, zavod şirkətin elektrik avtomobilləri üçün batareyalar və enerji doldurma məntəqələri üçün avadanlıq da istehsal edəcək. Qeyd edək ki, “BMW Brilliance Automotive Ltd.” “BMW Group” (Almaniya) və “Brilliance China Automotive Holdings Ltd.”nin (Çin) müştərək müəssisədir. Şenyan şəhərində 2003-cü ildən fəaliyyətə başlayan şirkət BMW avtomobillərinin Çində istehsalını və satışını həyata keçirir. “BMW Brilliance Automotive Ltd.”nin Çində iki avtomobil istehsalı zavodu və mühərrik zavodu fəaliyyət göstərir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












