"BMW "parça-parça oldu, azərbaycanlı yaralandı - FOTO

Yanvarın 27-də gecə 01.00 radələrində azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində iki avtomobilin toqquşması nəticəsində ağır yol-qəza hadisəsi baş verib. Xəsarət alanlardan biri azərbaycanlı olub.
Avtosfer.az apa-ya istinadən bildirir ki, BMW markalı "AA 154 OA" dövlət nömrə nişanlı "BMW" Marneulinin Rustaveli küçəsində işıqforun qırmızı işığını yüksək sürətlə keçərək CAN 444 nömrə nişanlı "Opel" markalı taksi avtomobilinə, sonra yol kənarındakı ağaca çırpılıb. Yüksək sürətlə gələn "BMW" avtomobili səki boyu sürüşərək küçədə yerləşən mağazaların qarşısında beton dirəkləri də qıraraq dayanıb. Qəza nəticəsində "BMW" avtomobilinin qabaq hissəsi tamamilə sıradan çıxıb, maşının mühərrik və digər hissələri, həmçinin maşının təkəri, amortizatoru yol boyu səpələnib. Hadisə nəticəsində sürücü və iki sərnişin ciddi yaralanıb.
BMW-də 3 nəfər olub və onların üçünü də təsadüfən yoldan keçən bir maşın xəstəxanaya çatdırıb. "Opel" markalı taksi avtomobilində olan 5 şəxs xəsarət almayıb. "Opel"in sürücüsü Nazim Orucov bildirib ki, onun sərnişinləri xəsarət almayıblar. Onun dediyinə görə, BMW-nin sürəti təxminən 160 km/saat olub.
Hadisə yerinə yol patrul xidməti gəlib, araşdırma aparılır.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










