BNA və DYP taksi sürücülərinə cərimə yazmadan təbliğata başladı - FOTO

Bakı Nəqliyyat Agentliyi Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində minik avtomobili ilə taksi xidməti göstərən fiziki və hüquqi şəxslər üçün maarifləndirici tədbirləri davam etdirir. Məqsəd, taksi fəaliyyəti ilə məşğul olan sürücülərə onların hüquq və vəzifələri barədə məlumatların çatdırılması, həmçinin taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin "Fərqlənmə nişanları"nın alınması istiqamətində müxtəlif maarifləndirici məlumatların verilməsidir. Bu çərçivədə növbəti tədbir metronun "Qara Qarayev" stansiyasının ətrafında keçirildi. Avtosfer.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin müffətişləri yol patrul xidmətinin əməkdaşları ilə birgə bu ərazidə taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə hüquq və vəzifələri, eləcə də, ümumi qanunvericiliyin tələbləri ilə bağlı izahat işləri aparıb.
Diqqətə çatdırılıb ki, hazırda paytaxt yollarında taksilərlə bağlı müşahidə edilən ən narahatedici məqam onların dayanma və durma qaydalarının tələbini pozaraq nəzərdə tutulmayan yerlərdə, xüsusən də avtobus dayanacaqlarında park etmələridir. Bu hal isə küçə və prospektlərdə digər hərəkət iştirakçılarına mane olmaqla avtonəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olur.
Bakı Nəqliyyat Agentliyi məsələnin həlli istiqamətində kompleks tədbrilər həyata keçirir. Bu çərçivədə ilk olaraq Bakı şəhərində taksi dayanacaqlarının pasportlaşdırılmasına başlanılıb. Belə ki, agentliyin xüsusi eskpert qrupu paytaxtın bütün küçə və prospektlərində, metro stansiyaları, alış-veriş mərkəzləri və əhalinin sıx toplaşdığı digər ərazilərdə bununla bağlı təhlillər aparır. Bunun nəticəsində yerləşdiyi ərazidə avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane yaratmayan dayanacaqlar pasportlaşdırılır. Artıq 79 belə dayanacaq pasportlaşdırılaraq taksi sürücülərinin ixtiyarına verilib. Yaxın vaxtlar Qara Qarayev prospektində də yeni taksi dayanacaq yerləri müəyyən ediləcək.
Maarifləndirici xarakter daşıdığından tədbir zamanı dayanma və durma qaydalarının tələbini pozan sürücülərə qarşı hər hansı cərimə protokolu tərtib edilmədi. Lakin bildirildi ki, gələcəkdə qanunvericiliyin bu tələbinə əməl etməyən sürücülərə qarşı inzibati cəza tədbirləri görüləcək.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi ilə bağlı razılığa gəlib.
Emin
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?


















