Boş yer tap, bron et, gəl saxla - Bakıda yenilik - VİDEO

Paytaxtda avtomobillərin küçə parkinqinə elektron dəstək gəlir. Bununla sürücülər əvvəlcədən hansı yerlərin dolu və ya boş olduğundan xəbərdar olacaqlar. Habelə əvvəlcədən həmin yeri bron etdirə biləcəklər. Bunun üçün mobil telefona müəyyən tətbiqi yükləmək lazım olacaq. Bununla da Bakıda küçə parkinqi elektron qaydada həyata keçiriləcək. Yeni layihə İqtisadiyyat Nazirliyinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə həyata keçirilir. Bu məqsədlə Azərbaycan və Macarıstan şirkətləri arasında memorandum imzalanıb. Sürücülər planşet və smartfonlardakı tətbiq vasitəsilə parkinqlərin vəziyyətindən xəbərdar ola biləcəklər.
Şirkət nümayyəndəsi deyir ki, elektron parkinq sisteminin işə düşməsi tıxacların azalmasına da kömək edəcək. Sistemlə avtomobillər üçün yer müəyyən ediləcək. Sürücülər ayrılan yerlərdə avtomobillərin saxlaya biləcəklər.
Yenilik sayəsində avtomobillər üçün park yerini əvvəlcədən bron etmək də mümkün olacaq. Tətbiqdə avtomobilin nömrəsi ilə yanaşı, sürücünün telefonları da qeyd ediləcək. Avtomobilini parkinqdə saxlayan sürücü yeri nə vaxt tərk edəcəyini bildirdikdən sonra, digər sürücülər həmin yeri ala biləcəklər. Sürücülər avtomobili yalnız parkinqdə saxladığı müddət üçün pul ödəyəcəklər.
Onlar ödəməni həm SMS-lə, həm mobil tətbiqlə, həm bank kartı ilə, həm də nəğd şəkildə həyata keçirə biləcəklər.
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO










