Banner

Brend maşınların Çin versiyasının ölkəyə axını dövlətə iqtisadi ziyan vurur – Proses necə tənzimlənməlidir? - VİDEO

Avtoxəbər 10 Yanvar 2025 14:00 Oxunub 1336
Brend maşınların Çin versiyasının ölkəyə axını dövlətə iqtisadi ziyan vurur – Proses necə tənzimlənməlidir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda son illər xaricdən avtomobil gətirənlərin sayı artmaqdadır. Fərdi istifadə üçün avtomobil gətirənlərlə yanaşı, avtomobil satış mağazalarının, kiçik sifarişçi şirkətlərin sayında da artım müşahidə edilir. Dünyanın bir çox istiqamətlərdə inkişaf etmiş dövlətləri illər əvvəl avtomobil istehsalı ilə bağlı uzunmüddətli dövr üçün inkişaf strategiyası cızıb və bu istiqamətdə ciddi yatırımlar edib. Bunun sayəsində artıq 100 yaşını qeyd edən avtomobil istehsalı ilə məşğul olan şirkətlər var. Lakin ölkəmizə gətirilən, eləcə də dünyanın bir çox ölkələrində satışı yüksələn bəzi Çin markalarının aqibətinin necə olacağı istehlakçılarda suallar yaradır. Üstəlik, Çindən Azərbaycana qeyri-rəsmi şəkildə avtomobil axını intensivləşib. Bu axının istehlakçılara və dövlət büdcəsinə nə kimi mənfi təsirləri ola bilər? Çinin avtomobil şirkətlərinin aqibəti necə olacaq? Çin avtomobillərini ölkəmizə qeyri-rəsmi şəkildə gətirən şirkətlərlə bağlı yeniliklər tətbiq edilə bilər?

Avtosfer.az xəbər verir ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da insanlar ticarət edərək bahalı avtomobil yerinə ucuz olan markalara üstünlük verirlər. Bunun nəticəsində, bu gün paytaxtda xeyli sayda arxasında Çin dilində yazılar mövcud olan maşınlar qarşımıza çıxır. Məsələn, Çin istehsalı “Toyota Corolla Cross”, “Toyota Corolla” və digər brendlər şəhərdə tez-tez rastlaşılan avtomobillərdəndir.

Lakin istehlakçıların bilmədiyi məsələlər həmin avtomobillərin məhz Çinin nəqliyyat infrastrukturu üçün nəzərdə tutulması, Azərbaycanda sürülməsinin çətinlik yaratması, problemlərə səbəb olmasıdır. Bu istiqamətdə dövlət tərəfindən hansı mexanizmlər yaradılmalıdır ki, istehlakçılar ölkə infrastrukturuna uyğun avtomobillər alsın?

Bütün bu suallarla bağlı iqtisadçı ekspert Eldəniz Əmirli Avtosfer.az-a müsahibəsində deyib ki, rəqabət mühitinin qorunması üçün müxtəlif üsullu idxallar ölkə üçün əhəmiyyətlidir:

“Bu gün avtomobil idxalından danışırıqsa, bu istiqamətdə rəsmi diler olmayan digər təsərrüfat subyektlərinin bazarı avtomobillə təchiz etməsi, əslində, rəqabət mühitinin formalaşması üçün müsbət görünə bilər. Lakin bu o halda müsbət hesab edilər ki, burada zəmanət mexanizmi olsun. İstehlakçıların hüquqları qorunmalıdır. Eyni zamanda dövlət büdcəsinə daxilolmalarda yayınmalar olmamalıdır. Yəni bütün hallarda rəsmi dilerlərə qarşı qanunvericiliyin tələbi hansı formadadırsa, digər idxalçılar da həmin formada, yaxud başqa formalarda olsa belə qanunvericiliyin tələbləri çərçivəsində fəaliyyət göstərməlidir. Bu, şəffaflığın təmin olunmasına, büdcə daxilolmalarının dayanıqlı saxlanılmasına, eyni zamanda da məşğulluq istiqamətdinə öz töhfəsini verir. Bu gün, səmimi deyək ki, Çin sənayesi birmənalı olaraq uzaq dövr üçün strategiyaya deyil, yaxınmüddətli və daha çox gəlir götürmə strategiyasına üstünlük verir. Düşünürəm ki, bu strategiya təxminən qarşıdakı 7-10 il sonra dəyişəcək. Maksimum 10 il ərzində dünyanın müxtəlik ölkələrində istehlakçılar Çin avtomobillərinin o qədər də etibarlı olmadığına ən azından uzunmüddətli dövr ərzində etibarlı olmadığını praktiki olaraq görəcəklər. O zaman artıq zəmanət, əldə edilən avtomobilin davamlılığı, sıradan çıxmış ehtiyat hissələrinin tapılması, yenidən təkrar satışa çıxarma məsələlər problemlər yaranacaq. Məsələn, 5 il əvvəl elə Çin avtomobilləri istehsal edilmişdi ki, bu gün onların, ümumiyyətlə, adları da unudulub. Növbəti 5-10 ildə nələr olacağı ilə bağlı fikir bildirmək çətindir. Qeyri-rəsmi idxalçıların ölkəyə gətirdiyi avtomobillərin keyfiyyəti və qeydiyyatı ilə əlaqədar onların zəmanət mexanizmlərinin təmini ilə bağlı hüquqi aktın formalaşması və standartların müəyyənləşdirilməsi həm ölkə, həm büdcə daxilolmaları, həm məşğulluq adına, o cümlədən də biz istehlakçılar adına müsbət istiqamət ola bilər”.

İqtisadçı onu da vurğulayıb ki, rəsmi dilerlərin qanunvericilik çərçivəsində fəaliyyəti, müəyyən sayda işçi qəbulu özü də məşğulluğun inkişafı istiqamətində önəmli addımlardandır.

Səfər Əlizadə

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh