Bu avtomobil sahiblərinin nəzərinə! 4 gün qaldı

Yük avtomobilləri və avtobusların texniki baxışdan keçmə müddəti oktyabrın 31-də başa çatır.
Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə açıqlamasında texniki baxışdan keçməyən yük avtomobilləri və avtobus sahiblərinə qeyd olunan vaxta qədər texniki baxışdan keçməyi tövsiyə edib:
"Bir daha bütün növ yük və avtobus tipli nəqliyyat vasitələrinin sahiblərinə bildiririk ki, texniki baxışdan keçməyə tələssinlər. Hazırda yük avtomobillərinin və avtobusların texniki baxışdan keçməsi davam edir. Yenə də sürücülərə xatırladıram ki, onlar istismar etdikləri nəqliyyat vasitələrini Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika şöbəsinə təqdim etməlidirlər. Unutmayın ki, texniki baxışdan təyin edilən müddətdə keçmədikdə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir".
Qeyd edək ki, yük avtomobilləri və avtobusların texniki baxışı 1 avqust-31 oktyabr tarixləri aralığında keçirilir. İcazə verilən müksimum kütləsi 3.5 ton və daha az olan yük avtomobilləri istehsal olunduqdan sonra 5-ci, 7-ci, 9-cu, 11-ci il və sonra hər il texniki baxışdan keçməlidir. İcazə verilən kütləsi 3.5 tondan yuxarı olan yük avtomobilləri isə istehsal olunduqdan sonra 2-ci il və hər il texniki baxışdan keçməlidir. Avtobuslar da istehsal olduqdan sonra 2-ci il və daha sonra hər il texniki baxışdan keçməlidir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












