Bu avtomobillərin texniki baxışı müddəti başa çatır

Azərbaycanda bəzi avtomobillərin texniki baxış müddəti başa çatmaq üzrədir. Avtosfer.az-ın məlumatına görə, qanunvericiliklə müəyyən olunan qrafikə əsasən, 1 yanvar – 30 aprel aralığında “VAZ”, “QAZ”, “Moskviç” və MDB dövlətlərində istehsal olunan digər minik avtomobilləri və motosikletlər texniki baxışdan keçməlidir. Lakin əksər sürücülər adəti üzrə aprelin sonuncu həftəsini gözləyirlər. Bu isə Avtomobillərin texniki müayinə məntəqəsində sıxlığa səbəb olur. Hətta bəzən Maştaga-Zabrat yolunda məhz texniki baxışda gedən sürücülərə görə sıxlıq da yaranır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki, texniki baxışdan istər yanvar ayında, istərsə də aprelin sonuncu həftəsində keçmək heç nəyi dəyişmir. Belə ki, texniki baxışdan keçməli olan nəqliyyat vasitəsi qeyd olunan müddətdə texniki baxışa təqdim olunmalıdır və hər bir halda texniki baxış müddəti köhnə (istehsal ili 10 ildən artıq olan)avtomobillər üçün 1 ildir. DYP sürücülərin diqqətinə çatdırır ki, texniki baxış məntəqəsində və yollarda sıxlıq yaratmaq, saatlarla növbəyə durmamaq üçün nəqliyyat vasitəsini vaxtında texniki baxışa təqdim etmək lazımdır.
Buraxılış ili 2012-ci il olan avtomobillər bu il texniki baxışa cəlb olunur. Bu qayda 2012-ci illə bərabər həm də 2006-cı ilədək istehsal olunan, habelə 2008 və 2010-cu il buraxılışlı nəqliyyat vasitələrinə də aiddir.
Qeyd edək ki, digər xarici ölkələrdə istehsal olunan minik avtomobilləri 1 may-31 iyul aralığında texniki baxışa cəlb edilməlidir. Yük avtomobilləri və avtobusların texniki baxış müddəti isə 1 avqust – 31 oktyabr aralığıdır.
Texniki baxışa gedən nəqliyyat vasitəsi sahibləri yalnız baxış üçün dövlət rüsumu ödəməlidirlər. Dövlət rüsumu isə avtomobillər üçün 20 manatdır.
Nəqliyyat vasitəsini texniki baxışa təqdim edən hər kəs aşağıdakı sənədləri də təqdim etməlidir:
1) sürücülük vəsiqəsi;
2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (nəqliyyat vasitəsi başqasının adına olduqda isə etibarnamə və ya icarə müqaviləsi);
3) dövlət rüsumunun ödənilməsinə dair sənəd;
4) nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsi.
Nəzərə alın ki, nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 300 manat cərimə olunur.
Elmin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










