Bu avtomobillərin texniki baxışına start verildi

Azərbaycanda avtomobillərin texniki baxışına start verilib. Avtosfer.az-ın məlumatına görə, qanunvericiliklə müəyyən olunan qrafikə əsasən, 1 yanvar – 30 aprel aralığında “VAZ”, “QAZ”, “Moskviç” və MDB dövlətlərində istehsal olunan digər minik avtomobilləri və motosikletlər texniki baxışdan keçməlidir. Digər xarici ölkələrdə istehsal olunan minik avtomobilləri isə 1 may-31 iyul aralığında texniki baxışa cəlb edilməlidir. Yük avtomobilləri və avtobusların texniki baxış müddəti isə 1 avqust – 31 oktyabr aralığıdır.
Texniki baxışa gedən nəqliyyat vasitəsi sahibləri yalnız baxış üçün dövlət rüsumu ödəməlidirlər. Dövlət rüsumu isə avtomobillər üçün 20 manatdır. Bu rüsumlar mühərrikin iş həcmindən asılı olmayaraq bütün nəqliyyat vasitələri üçün eynidir. Texniki baxış zamanı həmin rüsumdan və rüsumu bank vasitəsilə ödədiyiniz halda 1 manatdan artıq olmayan bank xərcindən əlavə hər hansı ödəniş nəzərdə tutulmur.
Nəqliyyat vasitəsini texniki baxışa təqdim edən hər kəs aşağıdakı sənədləri də təqdim etməlidir:
1) sürücülük vəsiqəsi;
2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (nəqliyyat vasitəsi başqasının adına olduqda isə etibarnamə və ya icarə müqaviləsi);
3) dövlət rüsumunun ödənilməsinə dair sənəd;
4) nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsi.
Əgər nəqliyyat vasitənizin istismarı texniki baxışdan əvvəl texniki nasazlıq səbəbi ilə müvafiq aktla qadağan edilmiş olubsa və bu nasazlığı özünüz yox, texniki-təmir sahəsi (stansiyası) aradan qaldırıbsa, onda bu qadağaya səbəb olan nasazlıqların aradan qaldırılması barədə həmin texniki-təmir sahəsinin sənədini də texniki baxış zamanı təqdim etməlisiniz.
Nəzərə alın ki, nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 300 manat cərimə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə tövsiyyə edir ki, texniki baxışdan keçməli olan nəqliyyat vasitələrənin sürücüləri aprelin sonunu gözləməsinlər. Çünki texniki baxışdan nə vaxt keçməyin əhəmiyyəti yoxdur. Texniki baxış ildə bir dəfə keçirilir və bunu yanvar və ya aprel ayında etmək heç nəyi dəyişmir. Sadəcə olaraq, bəzi sürücülər aprelin sonuncu həftəsi texniki baxış məntəqəsinə üz tutmağa adət etdikləri üçün sıxlıq yaranır. Bu baxımdan, texniki baxışdan keçməli olan nəqliyyat vasitəsilərinin sürücüləri elə indi də müraciət edə bilərlər.
Elmin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










