Bu da yeni "Gelandewagen"in ilk - FOTOLARI

İnternet məkanında yeni nəsil Mercedes-Benz G-Class modelinin təsvirləri peyda olub. Bu dəfə şəkillərdəki əfsanəvi yolsuzluq avtomobili kamuflyajsız təsvir edilib. Böyük ehtimalla, Autoweek.nl saytı tərəfindən dərc edilmiş fotoşəkil rəsmi şəkillərdən biridir. Saytın müəllifləri şəklin elektron poçtu vasitəsi ilə aldıqlarını bildiriblər. Bundan əlavə, Instaqram sosial şəbəkəsində də ofroderin şəkilləri dərc edilib. Lakin, bu şəkillərinin həqiqi olduğu dəqiq deyil. Eyni zamanda, istehsalçı ofroderin kamuflyajlı şəkillərini dərc edərək, onun haqqında müəyyən məlumat verib. Məsələn, yeni G-Class modelinin ön asqısı ikili köndələn qollardan, arxada isə dörd köndələn qollardan və Panar dayaqlarından ibarətdir.
Yeni nəsil G-Class modelinin klirensi 241 millimetr təşkil edir. Bu əvvəlkindən 6 millimetr çoxdur. Həmçinin, avtomobilin qət etdiyi çay qolunun dərinliyi də 10 santimetr artaraq 70 santimetrə bərabər olub. Ofroderin giriş bucağı 30, çıxış bucağı isə 21 dərəcədir. Rampanın bucaqları 26 dərəcəyə bərabərdir. Onun ön asqısının sıxılma gedişi 85 santimetr, dəf etmə gedişi isə 100 millimetrdir. Arxa asqı üçün bu göstəricilər müvafiq olaraq 82 və 142 millimetrdir.
Mercedes-Benz həmçinin pilləkən tipli rama üzərində inşa edilən yolsuzluq avtomobilinin aşağı pillələr cərgəsi və idarəetmə elektronikasının G-Mode rejimi olan 9 pilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəyini də bildirib. G-Mode rejimi avtomatik olaraq hər üç diffirensialın aktivləşməsi və “aşağı pillələrin” aktivləşdirilməsi zamanı işə düşür. Bu halda elektronika sükan sisteminin, akseleratorun və şassi elementlərinin iş alqoritmini ağır yolsuzluqda hərəkət etmək üçün dəyişir.
Xatırladaq ki, ikinci nəsil Mercedes-Benz G-Class modelinin ilk nümayişi 15 yanvar tarixində Detroyt avtosalonunda keçiriləcək. (autograph)





Orxan
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












