Bu dairədə hərəkət dəyişdi - Bilməyənləri 60 manat - 3 bal cərimə gözləyir - VİDEO

Bakının mərkəzində qoyulmuş yeni yol nişanı yol polisinin sürücülər üçün yeni tələ qurması kimi başa düşülüb. Azərbaycan prospektindən ''beşmərtəbə dairəsi'' tanınan istiqamətdə ''DAİRƏ'' nişanı var. Cəfər Cabbarlı küçəsi istiqamətində hərəkət edən sürücülər üçün isə dairəyə daxil olanda yeni ''STOP'' nişanı qoyulub. Sürücülər hesab edir ki, yol polisi Azərbaycan prospekti istiqamətində gələn sürücülərə ''dairəni burax'', dairəyə daxil olanlara isə ''sağdan gələn avtomobilləri burax'' əmredici nişanları qoymaqla onları çaş-baş salır. Bu yolla da hər iki istiqamətdə hərəkət edən sürücülər yol polisi tərəfindən cərimə edilir.
Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov criminal.az-a bildirdi ki, həmin istiqamətdə avtomobillərin hərəkətin istiqamətində dəyişiklik edilib. Bölmə rəisinin sözlərinə görə, edilmiş dəyişiklik tələ yox, günün tələbidir. V.Əsədov qeyd etdi ki, ''Qoşa qala'' qapısından Azərbaycan prospekti ilə ''beşmərtəbə'' kimi tanınan ərazi istiqamətində hərəkət edən avtomobil sürücüləri ''beşmərtəbə dairəsi''ndən sağa dönərkən dayanmadan hərəkətlərini düzünə, sola və dairəvi hərəkət edəcəklər. Eyni zamanda, Cəfər Cabbarlı küçəsi ilə hərəkət edənlər isə dairəyə daxil olmaq istəyərdək ''STOP'' nişanının tələbinə uyğun hərəkət edir. ''DAİRƏ'' nişanının olması onların hərəkətinə mane olmur. Bu barədə Nazirlər Kabinetinin yol hərəkətinin təhlükəsizlik komissiyasının qərarı var. Aparılan xrionometraj göstərir ki, Azərbaycan prospektində hərəkət intensivliyi var. Avtomobillərin hərəkətində sıxlıq yaradırdı. İndi sürücülər getsinlər baxsınlar ki, dəyişiklilər tələdir, yoxsa gününün tələbi?
Avtosfer.az bildirir ki, burada qayda pozan sürücüləri 60 manat-3 bal cərimə gözləyir. Lakin yaxşı olardi ki, Azərbaycan prospektindən gələnlər üçün "dairəvi hərəkət" nişanı ilə birlikdə "Baş yol" nişanı da qoyulsun...
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?










