Reklam

Bu dəfə də Avropanı “ötüb keçdik”

Avtoxəbər 16 Avqust 2024 18:00 Oxunub 1004
Bu dəfə də Avropanı “ötüb keçdik”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dövlət Statistika Komitəsi bu ilin ilk yarısında yol qəzalarında 333 nəfərin öldüyünü bildirdi. Azdır, yoxsa çox? Əhali və avtomobil sıxlığı bizdən çox olan İsveçrəyə nəzər salaq: 

İsveçrə Konfederasiyası 
Ərazi – 41 285 kvadrat kilometr
Əhali – 8,8 milyon nəfər
Avtomobil sayı – təxminən 6,5 milyon ədəd (moped və motosiklsiz).

2023-cü ildə bu Avropa ölkəsində yol qəzalarında 236 nəfər dünyasını dəyişib. Nəzərə alaq ki, bura dağlıq ölkədir, təhlükəli yollar çoxdur. Üstəgəl, konfederasiyaya hər gün minlərlə xarici avtomobil daxil olur. Bizdə isə quru sərhədləri bağlı olduğundan sərhədlərdən yalnız yük avtomobilləri girib-çıxa bilir. Yəni, intensivlik azdır. 
6 milyon əhalisi və təxminən 5,5 milyon nəqliyyat vasitəsinin olduğu Norveçlə müqayisədə isə vəziyyətimiz ümumiyyətlə ürək ağrıdır. 2022-ci ildə (2023-cü ilin statistikası hələ yoxdur) bu ölkədə yol qəzalarında 116 nəfər həyatını itirib.
Norveçdə yolların vəziyyəti gözəl olsa da, şərait çox pisdir. Qış vaxtı yolların çoxu qar və buzla örtülü olur. Lakin əlverişsiz iqlim kütləvi yol qəzalarına səbəb olmur. Ölkənin sürücülük məktəblərində belə bir fikir təlqin olunur: pis hava şəraiti qəza üçün əsas deyil. Müqayisə üçün deyək ki, paytaxt Osloda 2021-ci ildə cəmi 1 nəfər yol qəzasında həlak olub. 
12 milyon əhalisi olan Belçika Krallığında 6 milyon avtomobil istismardadır. Bu ölkədə isə ötən il 483 nəfər yollarda həlak olub. Yarım il üzrə götürdükdə ölüm sayı yenə də bizdən azdır. 
Bir sözlə, 
Bəs bizdə ölüm və xəsarət sayının çox olmasına səbəb nədir?
Yollarımız pisdir? Yox, magistrallarımızda vəziyyət kifayət qədər yaxşıdır.
Avtomobillər köhnədir? Köhnə avtomobillər üstünlük təşkil etsə də, ümumi vəziyyət faciəvi deyil.
İnsan faktoru? Bəli, əsas səbəb budur. Sürücü zərurətən olmadan avtomobildən istifadə edirsə, yorğun və ya sərxoş halda sükan arxasına keçirsə, burda texnika təqsirkar deyil.
Sovet dövründə formalaşmış, indi də əl çəkmək zərərli sürücülük (həmçinin piyadalıq) vərdişlərimizə görə də avtomobil istehsalçıları deyil, özümüz təqsirkarıq.
Vaxt öldürmək üçün maşın sürənlərlə psixoloqlar söhbət aparmalıdırlar.
Radarların 10 km/saat xəta limitindən faydalanırıqsa, məsələ yenə də insan faktorundadır. Eyni tipli radarın xəta limiti Avropada 5 km/saat (şəhərdə 3 km/saat) olduğu təqdirdə, bizdə nə üçün sovet standartı qüvvədə qalmalıdır?
Bağlanmayan təhlükəsizlik kəmərinin siqnalını müəyyən vasitələrlə söndürürüksə, bu, sırf psixoloji məsələdir. Polis və ya istehsalçı bu vəziyyətdə nə edə bilər?

Hər gecə paytaxtda 3-5 qəza baç verdiyinin şahidi olarıq. Bu sürücülər hamısı yola zəruri ehtiyacdan çıxıb? Əminliklə deyə bilərərm ki, yox. Şəhərimizdə avtomobil sürməkdən həzz alan insanların sayı-hesabı yoxdur. Sadəcə olaraq gündüzlər tıxacda qalmamaq üçün çoxları gecə hərəkətə üstünlük verir. Avropa şəhərlərində gecə saatlarında küçələr boşalsa da, Bakının mərkəzi küçələrində gecə saat 3-4 arası da intensivlik olur. Həttz xırda bir qəzada gecə saatlarında onlarla adam hadisə yerinə toplanır.
Bəs qəzaların öhdəsindən gəlməkl mümkündürmü? Bəli, mümkündür. 10-15 il əvvəl istər Bakıda, istərsə də rayon yollarında kütləvi ölümlə nəticələnən mikroavtobus qəzaları normaya çevrilmişdi. İndi isə yox dərəcəsindədir. Kartla işləyən avtobusların sürücüləri kifayət qədər intizamlı və peşəkardır, bir-biri ilə yarışmır, söyüşmür.   
Yol qəzalarının minimuma endirilməsi üçün qabaqcıl ölkələrdə bu üsullardan istifadə edilir:
Sürücülük vəsiqəsi əldə etmək üçün yüksək bacarığın tələb olunması,
Qaydaların və nəzarətin sərtləşməsi,
Sürücülük hüququndan uzunmüddətli məhrum etmə,
Uşaqlar üçün təbliğat, böyüklər üçün cəza.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh