Bu dərmanlardan istifadə edən sürücülər cərimələnə bilər - VİDEO

Bəzi dərmanları qəbul edib, maşını idarə etsəniz cərimələnə bilərsiniz. Avtosfer.az-ın məlumatına görə, söhbət hər hansısa bir psixotrop maddənin qəbulundan getmir. Gündəlikdə qəbul etdiyimiz bəzi dərmanlar da avtomobil sürüərkən cərimələnməyə səbəb ola bilər. Bu o dərmanlardır ki, onların tərkibində spirt və ya psixotrop maddə var və sürücü onu dozasından çox qəbul edir. Bu dərmanların bəziləri mədə, baş ağrısı, miqren kimi xəstəliklər üçün gündəlik istifadə etdiyimiz dərmanlardır. Lakin bəzi hallarda üzərindəki təyinatına uyğun istifadə edilmir.
Mütəxəsisilərin sözlərinə görə, əsəb sakitləşdirici dərmanların bəziləri spirt tərkibli olur. Belə dərmanların normadan çox qəbulu zamanı isə nəfəsdən alkoqol iyi gəlməsi, şax durmama və yeriyərkən ləngər vurmaq və danışığın pozulması kimi əlamətlər yaranır. Bu halda sürücü yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq müayinə edildikdə, spirt normadan çox aşkarlanır və həmin sürücü qayda pozmuş hesab edilir.
Sürücülərin bəziləri isə dərmanların cəriməyə səbəb olması haqqında məlumatları yoxdur. Əksər sürücülər isə əks təsirlər haqqında məlumatlı olsalar da, həmin dərmanları tanımırlar.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, il ərzində bir neçə belə faktla rastlanılır. Onun sözlərinə görə, dərmanı içməzdən əvvəl tərkibi diqqətlə yoxlanılmalı və tərkibindəki spirtə mütləq baxılmalıdır. Əgər alkotester bu spirtə reaksiya verirsə, cəza qaçılmazdır. Dərmanın tərkibində bir və ya bir neçə psixotrop maddələr varsa, bu zaman da cərimə və ya sürücülük hüququnun məhdudlaşdırılması baş verə bilər.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












