Bu halda sürücülərə cərimə yazılmayacaq - VİDEO

Bu gündən etibarən paytaxtın şimal və cənub girişlərindən rayon qeydiyyatında olan avtomobillərin girişinə olan qadağaya nəzarət daha da gücləndirilir. Avtosfer.az xəbər verir ki, bu məqsədlə yol polisi gücləndirilmiş rejimdə işləyir. Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev rayon qeydiyyatı olan avtomobillərin paytaxta buraxılmaması ilə bağlı son vəziyyəti açıqlayıb. Bu üsulla paytaxdakı avtomobil sayının günlük ən azı 50 min azalacağı gözlənilir. Kamran Əliyev Bakıda avtomobillə çox vacib işi olan rayon sakinlərinin problemlərini həll etmək üçün də kifayət qədər şəraitin yaradıldığını bildirib. Rayon qeydiyyatında olan avtomobillərə gündüz vaxtı şəhər daxilində rast gəlinərsə, onlar paytaxdan çıxarılacaq. Bu zaman sürücülərə cərimə protokolu yazılmayacaq.
Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxtın sarı zolaq çəkilən küçələrində yerləşən iş yeri sahiblərinə və həmin ərazidə avtomobillərini park edən sürücülərə də müraciət ünvanlayıb. Zolaqların birində hərəkət məhdudlaşdırıldığı üçün bu ərazilərdə avtomobil park edənlərin maşınlarını ya binaların həyətində saxlamaları, ya da işə ictimai nəqliyyatla gəlmələri tövsiyyə olunub.
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır












