Bu il avtomobil idxalı 6 dəfə azalıb

BU ilin yanvar-avqust ayları ərzində Azərbaycana 3 454 ədəd avtomobil idxal edilib. Bu, 2015-ci illə müqayisədə 17 693 ədəd yaxud 83,67 faiz (6,1 dəfə) azdır. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatına görə, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 632 ədəd yaxud 92,13 faiz (12,7 dəfə) azalaraq 54 ədəd olub. Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 15 840 ədəd yaxud 84,16 faiz (6,33 dəfə) azalaraq 2 981 ədədə düşüb. DGK-nın hesabatında deyilir ki, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2015-cü ilin ilk 8 ayına nisbətən 1 095 ədəd yaxud 76,20 faiz (4,2 dəfə) azalaraq 342 ədədə enib.
Qurum, həmçinin xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxal sayında da azalma olduğunu elan edib. Belə ki, 2015-cü ilə nisbətən 2016-cı ildə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı 126 ədəd yaxud 62,07 faiz (1,61 dəfə) azalaraq 77 ədədə bərabər olub.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










