Reklam

“Bu il ölkəyə 198 lüks avtomobil gətirilib” - General

Avtoxəbər 14 Dekabr 2016 14:59 Oxunub 1743
“Bu il ölkəyə 198 lüks avtomobil gətirilib” - General
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İdxal olunan avtonəqliyyat vasitələrinin say həcmi 82 faiz azalıb

“Ötən ilin 11 ayı ilə müqayisədə ümumilikdə ölkə ərazisinə idxal olunan avtonəqliyyat vasitələrinin say həcmi 82 faiz azalıb. Yəni ötən il 25 min ədəd avtonəqliyyat vasitəsi idxal olunmuşdusa, bu il 4000- dən bir qədər çox avtonəqliyyat vasitəsi idxal olunub. O cümlədən vergi 94, 5 milyon manat az toplanıb”. Avtosfer.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Maliyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov Milli Məclisin komitə iclasında bildirib. O qeyd edib ki, avtonəqliyat vasitələrinə aksiz vergisinin tətbiq edilməsi önəmli hallardan biridir: “Bu gün Azərbaycan ərazisində kifayət qədər, yəni 2 milyona yaxın avtonəqliyyat vasitəsi var. Ancaq mühərrikinin həcmi daha yüksək olan lüks avtonəqliyyat vasitələrinə aksiz vergisinin tətbiq edilməsi məsələsi vacibdir. Ötən ilin 11 ayında 5000-dən yuxarı mühərrikinin həcminin yüksək olan avtonəqliyyat vasitəsinin idxalı 160 idisə , onun 10 ədədi güzəştli qaydada, yəni diplomatik xidmət orqanlarına gətirilmişdir. 2016- ci ilin 11 ayında isə 198 ədəd lüks avtomobil idxal olunub. Onun 1 ədədi güzəştli qaydada idxal olunub. Deməli , imkan var. Baxmayaraq ki, ümumi fonda avtonəqliyyat vasitələrinin idxalı 82 faiz azalıb. Ancaq lüks avtomobil baxımından istehlakçıların sayı daha da artıb”.

M.Vahabov xəz-dəri məmulatlarının da aksiz vergisinə cəlb olunması zəruridir: “Ölkələrə var ki xalça məmulatlarını aksiz vergisinə cəlb edirlər. Bu gün istehlak bazarında kifayət qədər xəz-dəri məmulatları var. Ona görə də xəz-dəri məmulatlarının aksiz vergisinə cəlb olunması zəruridir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh