Bu il yol qəzalarında 304 nəfər ölüb

Son illər Azərbaycanda insanların həlak olması və xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalıb. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya bildirib ki, bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayında 13,4% (140), ölümlərin sayında 25,3% (103), yaralıların sayında isə 13,2% (147) azalma müşahidə edilib. 6 ayda ölkədə 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 304 nəfər həlak olub, 970 nəfər xəsarət alıb. K.Əliyev qeyd edib ki, bu azalma 2015-ci ildə də qeydə alınıb: “2014-cü illə müqayisədə 2015-ci ildə 415 hadisə, 230 ölü, 411 yaralı sayı azalıb. Bu da müvafiq olaraq yol qəzalarının sayının 15,7%, ölənlərin sayının 50,5%, yaralanların sayının isə 15,4% azalması deməkdir”.
K.Əliyev xatırladıb ki, bu günlərdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Gəncə regional məntəqəsinin böyük həkimi Sevinc Hüseynova mətbuata açıqlamasında 2005-ci ildən başlayaraq əvvəlki illərlə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 33,1 faiz, bu hadisələrdə ölənlərin sayı 31,3 faiz, xəsarət alanların sayı isə 32, 6 faiz artdığını bildirib: “Əslində isə son 10 ildə Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayında azalma müşahidə edilib. Bu rəqəmlər 2005-ci ildən öncəki rəqəmkləri əhatə edir və həqiqətən də həmin ilə kimi ölkədə yol qəzalarının sayında ciddi artım var idi”.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










