Bu küçədə radara düşənlərin cəriməsi ləğv ediləcək - Diqqət edin - VİDEO

Bəzən yollarda yaranan tıxacları aradan qaldırmaq üçün hərəkəti tənzimələyən yol polisi əməkdaşı avtomobillərin qoşa xəttin tələbini pozaraq qarşı yola çıxmasına icazə verir. Növbəti süjetimizin qəhrəmanı da iddia edir ki, məhz belə bir situasiyada qarşı yola çıxıb. Amma bir neçə gündən sonra yol hərəkət qaydalarını pozması ilə bağlı onun ünvanına protokol göndərilib. Bəs belə olan halda həmin cərimə ödənilməlidirmi?
Ceyhun Mirzəyev iddia edir ki, bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonu Bakıxanov küçəsində xidmətdə olan yol polisləri ona və digər sürücülərə əks yola çıxmaları üçün işarə veriblər.
Sürücüyə gələn protokoldakı şəkildə də, Səməd Vurğun küçəsi ilə Bakıxanov küçələrinin kəsişməsində nizamlayıcı-inspektor görünür. Sürücü Ceyhun Mirzəyev bununla bağlı Baş Dövlət Yol Polis İdarəsinə müraciət edib.
Qeyd edək ki, hər gün günün pik saatlarında sözügedən küçədə yol polisi sıxlıq yaşanmasın deyə sürücülərə bu cür hərəkət etmələrinə göstəriş verir. Onda belə çıxır ki, bir çox sürücü haqsız yerə radara düşür. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsdovun sözlərinə görə belə halla rastlaşan sürücülər cəriməni ödəməzdən əvvəl yol polis idarəsinə müraciət etməlidirlər.
Bölmə rəisi onu da qeyd etdi ki, əgər bu cür vəziyyətdə elektron protokol tərtib edən ''MMX'' radara düşməsi ilə bağlı sürücünün ünvanına məktub gəlirsə həmin radarın da video görüntülərinə baxış keçirilir. Sürücü haqlı olarsa o, inzibati məsuliyyətdən azad edilir.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










