Bu küçələrdə avtobus zolağı ilə hərkət etmək olar - FOTOLAR - SİYAHI

Paytaxtın bir sıra küçələrində təşkil edilən COP29 zolaqlarından 31 oktyabr tarixinədək minik avtomobilləri də istifadə edə bilər. Avtosfer.az xəbər verir ki, həmin zolaqlarda BUS yazısı ilə yanaşı COP29 yazısı da var və burada digər avtomobillərin də hərəkətinə görə hər hansı cərimə nəzərdə tutulmur. Bu barədə AYNA ilə yanaşı COP29 Əməliyyat Şirkəti də bir müddət öncə məlumat yaymışdı. Elə Avtosfer.az saytı olaraq biz də dəfələrlə bu barədə məlumatlar və izahlı videolar yaymışıq. Amma bəzi sürücülər cərimədən ehtiyyat edərək bu zolaqlara daxil olmadığı üçün Bakının bir neçə küçəsində süni sıxlıq yaranır. Həmin küçələrin siyahısını bir daha təqdim edirik:

Küçələr:
Bünyad Sərdarov
Həsən Seyidbəyli
Şeyx Şamil
Mirzəağa Əliyev
Adbulla Şaiq
Həsənoğlu
Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində)
Xocalı prospekti
Şah İsmayıl Xətai prospekti
Zuğulba yolu
Zığ şossesi
Bu zolaqlarda hələ ki 5.9 – “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılmayıb. Zolaqlar 1 noyabr tarixindən qüvvəyə minəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Bu yanaşma yaxın günlərdə bir sıra küçələrdə təşkil ediləcək xüsusi hərəkət zolaqlarına da aid edilir.
Həmin küçələr:
Gülarə Qədirbəyova
Niyazi
İstiqlaliyyət
Üzeyir Hacıbəyov
Bakıxanov
Koroğlu Rəhimov
Neftçilər prospekti
Heydər Əliyev prospekti
Mehdi Hüseyn
Teymur Elçin
Parlament prospekti
Nəriman Nərimanov
Mikayıl Müşfiq
Salyan şosesi
Hava limanı şosesi
Bülbül prospekti
Azadlıq prospekti
Həsən Əliyev
Odur ki, adları çəkilən küçələrdə zolaqlara rahat şəkildə daxil ola bilərsiniz. Təqdim etdiyimiz məlumatı AYNA-dan da Avtosfer.az-a təsdiq ediblər.

Nərmin
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu












