Bu maşınlar rekord QIRDI – Hamı onlardan alır

Bu ilin yanvar ayında ölkəyə rekord sayıda hibrid avtomobil gətirilib. Ötən ay 138, 98 milyon dollar dəyərində 7600-dən çox nəqliyyat vasitəsi idxal edilib ki, bu nəqliyyat vasitələrinin 47 faizini hibrid avtomobillər təşkil edib.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Yeni Sabah"a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, hibrid maşınların idxalındakı kəskin artım tələb-təkliflə bağlıdır:
“Bir neçə amil əsas faktordur. Əvvəla, insanlar psixoloji olaraq, benzin, yaxud dizellə işləyən maşınlara daha çox güvənirlər. Hibrid maşınlarda həm benzin, həm də elektrik mühərrikin olması bu avtomobillər üçün bir növ üstünlükdür. Yəni alıcılar belə görürlər. İnsanlar uzun illər benzin və dizel yanacağı ilə çalışan nəqliyyat vasitələri idarə etdiyinə görə hələ ki tam olaraq özlərinin elektromobilə keçidini görə bilmir.
Hətta insanlar düşünür ki, elektrik mühərrik sistemində hər hansı bir problem yarandığı halda benzinlə çalışan maşınlar sözügedən problemlərdən sığortalıdır”.
İlqar Hüseynli qeyd edib ki, hibrid maşınların əksər çoxluğu taksi xidmətində istifadə edilir:
“Digər tərəfdən, ölkəmizdə elektrik mühərrikli nəqliyyat vasitələri üçün şarj məntəqələrinin sayı yetərincə deyil. Xüsusən regionlarda bu problem var. Bu tipli problemlər meydana gəldiyinə görə, bir az elektromobillərə tələbat hibridlərlə müqayisədə zəif görünür.
Hibridlərin artımında müşahidə olunan saya fikir versək, daha çox taksi üçün istifadə olunan nəqliyyat vasitələrində özünü göstərdiyini görərik. Taksi xidmətində istifadə olunan hibrid maşınların qiyməti bir qədər ucuz olduğuna görə şirkətlər və fərdi alıcılar daha çox bu növ nəqliyyat vasitələrini almağa üstünlük verir”.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










