Bu maşınların Rusiyada yığılacağına inanmırlar - FOTOLAR

Təqdim edəcəyimiz super avtomobilin fotolarına baxanda bunun həqiqətən də «Lada» markalı avtomobil olduğunu ağlınıza da gətirə bilməzsiniz. Avtosfer.az-ın Rusiya mediasına istinadən təqdim etdiyi fotolarda gördüyünüz heç də xəyal deyil. Deyəsən, maşının yaradıcıları dünyada «bax belə də maşın olar» fikrini təsdiqləmək üçü eksperiment keçirmək istəyiblər. Rusiyada «Lada» istehsalçısı olan «AvtoVAZ» şirkəti nəzərdə tutulan «supercarları» hələ də tam olaraq istehsal etməyib.
Deyilənə görə, «Lada»nın yeni nəzərdə tutulan modeli 90-cı illərin ortalarında dəbdə olan «KİA» avtomobilinə daha çox bənzəyir, nəinki 21-ci əsrin avtomobilinə. Nəzərdə tutulan “Lada Raven” konsepsiyası rusiyalı dizayner Dmitri Lazarevə məxsusdur.
“Lada Raven” konsepsiyasının özəlliyi olan iri ön radiator barmaqlığı, qabarıq təkər tağlarıdır. Bütün bunlar onu digər «Lada» modellərindən fərqli edir. Texniki xarakteristikası haqqında isə hələ heç nə söylənilmir.
Fidan
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR



















