Bu nişanları tanıyın ki, yolunuz əbədi kəsilməsin - FOTO

Ötən yazımda üstünlük nişanlarından ilk ikisini (2.1 v. 2.2 nişanlarını) izah etmişdim. Bu yazıda həmin qrupa aid olan növbəti üç nişanın şərhini diqqətinizə çatdırıram. Bunlar 2.3.1-2.3.3 nişanlarıdır.
2.3.1 «İkinci dərəcəli yolla kəsişmə», 2.3.2, 2.3.3 «İkinci dərəcəli yolun birləşməsi» nişanları yaşayış məntəqələrindən kənarda baş yolla ikinci dərəcəli yolların əmələ gətirdiyi nizamlanmayan yolayrıclarına yaxınlaşmanı bildirir. Bu nişanlar yaşayış məntəqələrində tətbiq edilmir, çünki yaşayış məntəqələrində baş yolun ikinci dərəcəli yollarla əmələ gətirdiyi hər bir yolayrıcının qarşısında 2.1 nişanı təkrarlanmalıdır.
2.3.1 «İkinci dərəcəli yolla kəsişmə» nişanı ikinci dərəcəli yolun kəsib keçən olduğunu 2.3.2 «İkinci dərəcəli yolun birləşməsi» nişanı ikinci dərəcəli yolun sağdan birləşdiyini, 2.3.3 «İkinci dərəcəli yolun birləşməsi» nişanı isə ikinci dərəcəli yolun soldan birləşdiyini bildirir.
2.3.1-2.3.3 nişanları xəbərdarlıq nişanları kimi müvafiq yolayrıcına 150-300 metr qalmış və ya 7.1.1 lövhəciyi ilə birlikdə fərqli məsafədə qoyulur.
Qarşısında 2.3.1-2.3.3 nişanlarından birini görən sürücü yaxınlaşdığı nizamlanmayan yolayrıcında hərəkət üstünlüyünə malik olduğunu bilir. Lakin bu yolayrıcında kəsişən (birləşən) ikinci dərəcəli yollarla yolayrıcına girişin qarşısında mütləq 2.4 «Yol ver» və ya 2.5 «Dayanmadan keçmək qadağandır» nişanı qoyulmalıdır.
2.3.1-2.3.3 nişanları da üstünlük nişanları olduğundan onların göstərişi yalnız nizamlanmayan yolayrıclarında qüvvədə olaraq keçmə növbəliyini müəyyən edir. Ona görə də keçmə növbəliliyini müəyyən edən digər iki vasitədən – nizamlayıcının siqnallarından və ya svetoforun siqnallarından hər hansı biri olduqda, yəni 2.3.1-2.3.3 nişanlarından sonrakı yolayrıcı nizamlayıcı tərəfindən və ya svetoforla nizamlandıqda bu nişanlar nəzərə alınmır.
Nişanların şəkilləri əlavə olunur.
Ərşad Hüseynov.
hüquqşünas
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










