Bu prospektdə əziyyət çəkən sürücülərə şad xəbər - FOTOLAR

Bakının əsas prospektlərindən biri sayılan Mətbuat prospektində geriyə dönmə ilə bağlı məhdudiyyətlər hamının narazılığana səbəb olmuşdu. Bir neçə ay əvvəl Avtosfer.az saytı olaraq biz də buna etiraz etdik və sürücülərin haqlı narazılığını ifadə etdik. Ekspertlər də açıqlamalarında bəyan etdilər ki, yol hərəkətinin təşkilində bu cür yanaşma doğru deyil və sıxlıq yarada bilər.
Təsəvvür edin ki, bir küçənin yükünü azaltmaq üçün başqa küçələrdə sıxlıq yaradırlar və buna görə də sürücülərin yolunu uzadırlar. Söhbət, Mətbuat prospektinin Azərbaycan Nəhriyyatının qarşısında – Məmməd Rahim küçəsi ilə kəsişməsindəki geriyədönmə nöqtəsindən gedir. Burada geriyə dönmək üçün əvvəllər yalnız asfalt üzərindəki nişanlama xəttinin tələbi var idi. Sonradan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi həmin kəsişmədəki svetofora əlavə seksiya quraşdırdı və bununla da üzü BDU istiqamətində hərəkət edən nəqliyyat vasitələri buradan rahatlıqla geriyə manevr edə bilirdilər. Lakin təxminən 3 ay əvvəl svetofordakı həmin seksiya ləğv edildi. Ardınca isə asfalt üzərindəki nişanlama xəttindəki sola dönmə oxu silindi və qarşıdakı ayırıcı zolağa yol nişanı quraşdırdılar ki, yalnız düzünə hərəkət edə bilərsiz. Bu halda sürücü keçmiş Musabəyov parkının başına dövrə vurub geriyə hərəkət edə bilərdi, ya da Qələbə dairəsindən Nəqliyyat Nazirliyinin yanına düşüb, körpünün altından geriyə qayıdaraq yenidən Nəşriyyatın qarşısına gələ bilərdi.
Nəhayət, vəziyyəti başa düşən səlahiyyətli şəxslər bu problemi aradan qaldırıblar. Sürücülərə bildiririk ki, artıq həmin kəsişmədəki svetofora yenidən əlavə seksiya quraşdırılıb və bununla da sürücülərin sola dönməsinə şərait yaradılıb. Bəzi sürücülərdə çaşqınlıq yaranmasın deyə nəzərinizə çatdırırıq ki, asfalt üzərindəki nişanlama xəttində sola dönmə oxunun silinməsinə əhəmiyyət verməyin. Çünki bu şəraitdə yalnız svetoforun siqnalı əsas götürülməlidir.
Elməddin
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi




















