Bu prospektdə sürət həddi artırıldı – Təhlükə də artdı

Bakının "Dərnəgül yolu" kimi tanının ən böyük prospektlərindən biri Ziya Bünyadov prospektidir. Avtosfer.az-ın məlumatına görə, bu prospekt uzun müddət təmir olunandan sonra istifadəyə verilib və sürücülərin işini xeyli asanlaşdırıb. Lakin burada yol qəzalarının sayı artır və demək olar ki, hər gün qəza baş verir və bu da saatlarla tıxaca səbəb olur. Bir neçə gündür həmin yolda sürət həddi artırılıb. Hazırda Ziya Bünyadov prospektinin bəzi yerlərində 90 km/saat sürət həddi tətbiq olunur. Bununla bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında bildirdi ki, orada hətta 80 km/saat sürət həddinin tətbiq edilməsi təhlükəlidir və düzgün deyil: "Həmin prospektdə yaşayış məntəqəsi üçün nəzərdə tutulan sürət həddi yetərlidir, uzaq başı prospektin 2-3 yerində məhdud məsafədə 70 km/saat qoymaq olar. Əminəm ki, o prospektdə tez-tez baş verən qəzaların əsas səbəbi sürət rejiminin düzgün təyin edilməməsidir. Belə yüksək sürətin prospektin buraxıcılıq qabiliyyəti üçün də əhəmiyyəti yoxdur. Çünki tıxanma və sıxlıq prospektin hər iki tərəfdən sonunda olur. Yəni prospekt boyu sürətlə gəlsən də, pik saatlarda sonda ilişib həmin vaxtı itirirsən...
Bu gün baxıram ki, orada sürət həddini bir az da qaldırıb 90 km/saat ediblər. Heç nə başa düşmədim".
Elməddin
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










