Bu sığortaçılara inanmayın - RƏSMİ AÇIQLAMA

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının bugünki qərarına əsasən 2 hüquqi şəxs və 86 nəfər fiziki şəxsə sığorta vasitəçisi fəaliyyəti üçün verilmiş lisenziyalar ləğv edilib. Bu barədə Avtosfer.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, “Lider Sığorta Agentliyi” MMC-nin lisenziyasının ləğv olunmasına səbəb, “Sığorta fəaliyyəti haqqında” qanunun 6-cı maddəsinin tələblərinə riayət etməyərək sığorta sirri hesab edilən məlumatların yayılmasına şərait yaratması və qanunun 84.1.2.3-cü maddəsinin tələblərini pozaraq cəmiyyətə lisenziya verilməsi üçün əsas götürülmüş rəhbər vəzifəyə təyin ediləcək şəxs barədə yanlış məlumatlar verməsidir: ““Lider Sığorta Agentliyi” MMC-də aparılmış yoxlama zamanı hesabatların təqdim edilməməsi və hesabatların natamam tərtib edilməsi ilə yanaşı onların təhrif edilməsi, sığorta sirri ilə bağlı müqavilələrin rəsmiləşdirilməsi zamanı sığorta qanunvericiliyin tələblərinə riayət edilməməsi, lisenziya verilməsi üçün əsas götürülmüş sənədlərdə əks olunmuş səhv və yalnış məlumatlarla bağlı faktlar aşkar edilib. Yoxlama zamanı müəyyən edilmişdir ki, “Lider Sığorta Agentliyi” MMC fəaliyyət dövrü ərzində 526 762 sığorta müqaviləsi üzrə ümumilikdə 93 418 418 manat sığorta haqqı toplamış və bunun müqabilində komisyon muzd əldə edib”.
Qeyd olunanlarla yanaşı, yoxlama zamanı “Lider Sığorta Agentliyi” MMC-nin hesabatlarında məlumatların təhrif edilməsi faktı aşkar edilib. Belə ki, 2014-cü il ərzində sığorta müqavilələrinin bağlanmadığı açıqlansa da, yoxla zamanı ASC tərəfindən 2014-cü ilin 9 ayı ərzində 157 783 müqavilə bağlandığı, 32 350 476 manat sığorta haqqının toplandığı aşkar olunub.
Direktorlar Şurasının qərarı ilə həmçinin, sığorta agenti fəaliyyəti ilə məşğul olan daha 1 hüquqi şəxs ilə yanaşı 85 nəfər fiziki şəxsin lizensiyaları ləğv edilib. Qeyd olunan şəxslərin lisenziyalarının ləğvi 9 halda könüllü, 78 halda isə məcburi qaydada olub.
Lisenziyalarının məcburi ləğvinə səbəb sığorta vasitəçilərinin Palata tərəfindən edilən rəsmi xəbərdarlıqlara baxmayaraq “Sığorta fəaliyyəti haqqında” qanunun tələblərin pozulması ilə əlaqədardır.
MBNP-nin Direktorlar Şurasının digər qərarına əsasən isə rüblük hesabatlarını maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi formada Palataya təqdim etmədiklərinə görə sığorta agentləri fəaliyyətinə lisenziya almış 78 nəfər fiziki şəxsin lisenziyalarının qüvvəsi 3 ay müddətinə dayandırılıb.
Fidan
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var










