Bu sürücülər bazar ertəsindən cərimə ediləcək – Bir gün vaxt qaldı

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə verdiyi bir ay vaxt noyabrın 12-də başa çatır. Söhbət avtomobolin dövlət nömrə nişanında defis işarəsinin olmamasına görə cərimələrin tətbiq edilməsindən gedir. Avtosfer.az xəbər verir ki, noyabrın 13-dən etibarən yol polisi nömrədə defis olmayan avtomobil sürücülərini cərimə edəcək.
Qeyd edək ki, DYP defis problemini aradan qaldırmaq üçün sürücülərə geniş imkanlar yaratmışdı. Bunun üçün istənilən yol polisi əməkdaşına, DYP-nin stasionar postlarına, DYP-nin rayon və şəhərlər üzrə idarə və şöbələrinə yaxınlaşmaq kifayətdir. Orada avtomobilin nömrəsinə xüsusi markerlə defis işarəsi pulsuz çəkilir. Proses hazırda da davam edir. Sabah bazar günü olmasına baxmayaraq sürücülər yenə də qeyd olunan yerlərdə həmin problemi aradan qaldıra bilərlər. Əks halda noyabrın 13-dən etibarən cərimə edilələcəklər. Bunu Baş Dövlət Yol Polisi İdarəsindən də Avtosfer.az-a təsdiq ediblər. İdarədən bildirilib ki, nömrəsində defis olmayan avtomobillərin sayı elə də çox deyildi. Bunu nəzərə alaraq DYP sürücülərə bir ay vaxt verdi. Vaxt başa çatandan sonra belə nömrə ilə maşın sürənlər cərimə ediləcək. Cərimənin məbləği isə 50 manatdır.
Oktyabrın 12-də Baş DYP-nin yaydığı xəbərdarlıqda bildirlir ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlara uyğun olmalıdır. Açıqlamada qeyd edilir ki, bəzi sürücülər nömrələrin daha gözəl göründüyünü düşünərək, onun üzərinə həkk olunmuş defis simvollarını silirlər və bu, qayda pozuntusudur. Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev: "Nömrələrin konkret standartı var və heç kim nömrədə nəyisə silə bilməz. Həmin standarta görə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı çap olunub verilirsə, vətəndaş müdaxilə etdiyi təqdirdə, başa düşməlidir ki, bunun məsuliyyəti onun üzərinə düşür. Əgər standartda defis, çərçivə xətti nəzərdə tutulubsa, deməli bu, belə də olmalıdır. Amma düzəliş edirlər. Məqsədlərini bilmirəm. Yəqin fikirləşirlər ki, radara düşməz və yaxud estetik baxımdan daha yaxşı görünür. Buna görə də biz sürücülərə müraciət etmişik ki, bir ay müddətində həmin nasazlıqları aradan qaldırsınlar. Bunun üçün istənilən yol polisi şöbəsinə, stasionar postlara yaxınlaşıb ödənişsiz və təxminən 2-3 dəqiqəyə bu nasazlığı aradan qaldıra bilərlər. Bütün əməkdaşlarımıza tezquruyan xüsusi boyalar verilib. Əgər verilən müddət ərzində tələblər ödənilməzsə, sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə müvafiq olaraq 50 manat dəyərində cərimələnəcək".
Elməddin
Mercedes-Benz GLE və E-Class üçün ötən ilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ
Azərbaycana maşın gətirənlərin nəzərinə - Yeni tələb








