Bu üsulla maşın almaq təhlükəlidir – Pulunuz bata bilər

Daxili kreditlə avtomobil alışına maraq artıb. Alıcılar avtosalonlardan və fiziki şəxslərdən ikitərəfli qaydada maşın almağa daha çox üstünlük verirlər. Lakin bu özündə bir çox riskləri daşıyır.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Yeni Sabah"a danışan hüquqşünas Anar Ramazanov bildirib ki, avtosalonlardan avtomobil alışı bir neçə üsulla həyata keçirilir:
“Ümumiyyətlə, avtosalonlarda avtomobil satışı bir neçə üsulla həyata keçirilir. Birinci üsulu lizinq yoludur.
Adətən, avtomobil satan salonlar və maşın satışı ilə məşğul olan fərdi şəxslər vətəndaşın seçib bəyəndiyi avtomobili lizinq şirkətinə təqdim edirlər və avtomobil kreditləşir. Həmin avtomobil lizinq şirkətinin mülkiyyətinə keçir. Bununla bağlı əlavə xərclər, yəni əlavə qeydiyyat və rəsmiləşmə, sığorta, kasko və digər xərclər vətəndaşdan tutulur.
İkinci yol isə təcrübədə daxili kredit variantıdır. Bu zaman vətəndaşın seçdiyi avtomobil pulu, imkanı olan bir vətəndaşın adına keçirilir və avtomobilin sahibi olan şəxsə isə etibarnamə verilir. Avtomobil sahibinin borcu bitdikdən sonra isə yenidən həmin vətəndaşın adına rəsmiləşir”.
Hüquqşünas qeyd edib ki, daxili kredit bir neçə risk daşıyır:
“Vətəndaşlar bilməlidir ki, bu yol həddən artıq risklidir. Şəxsin aldığı avtomobilin üçüncü bir şəxsin adına rəsmiləşməsi böyük hüquqi risklərə gətirib çıxara bilər və vətəndaş həmin avtomobildən birdəfəlik məhrum ola bilər. Vərəsəlik, adına rəsmləşdiyi şəxsin kredit borcu, məhkəmə öhdəlikləri, boşanma zamanı əmlakların bölünməsi kimi məsələlərdə ciddi hüquqi risklər meydana çıxa bilər.
Digər bir variantda isə alıcının qiymətdə çatmayan məbləğini banka kreditə salmaqla olur. Vətəndaşın adına kredit götürülür və həmin şəxs qalıq pulu banka ödəyir”.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












