Bu yolda radara düşənlərə vacib xəbər - DİQQƏT - VİDEO

Hazırda aeroport şossesinin bir neçə yerində radarlar quraşdırılsa da, mütəxəssislər bu radarları qanunsuz hesab edir. Çünki radarlar quraşdırılarkən "Yol hərəkəti haqqında" qanunun tələbləri pozulub. Söhbət hər gün minllərlə avtomobilin hərəkət etdiyi paytaxtdakı aeroport şossesindən gedir. Bu yolda sürət həddi yol nişanı ilə yox, elektron tablolarla göstərilir ki, belə tablolar radardan əvvəl yox, radarlarla bir yerdə qoyulub.
Yol hərəkəti üzrə mütəxəssis Tural Yusifov bildirir ki, bu yolda sürücülərin avtomobili yüksək sürətlə idarə etməsi tövsiyyə olunmasa da, onlar bu yolda xəta etdiyi üçün tərtib edilən protokol silinə bilər.
Eyni hal Zığ şossesində quraşdırılan bəzi radarların ətrafında da yaşanır.
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, radarlar quraşdırılarkən bütün normalara əməl edilir. Əgər sürücülərin şikayəti varsa, yol polisinə müraciət edə bilərlər.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










