Bu yolda radardan əvvəl xəbərdarlıq nişanı yoxdur - DİQQƏT - VİDEO

Bakı-Sumqayıt yolunun təxminən 4-5-ci kilometrliyndə , daha dəqiqi Sumqayıtdan Bakıya istiqamətdə yolun kənrında radar quraşdırılsa da əvvəldə xəbərdaredici nişan qoyulmayıb. Belə vəziyyətdə isə sürücülər çaşırlar. Ekspertlər isə deyir ki, sürücülərin çaşqınlığına heç bir əsas yoxdur. Yolda radar olduğunu bildirən xəbərdarlıq işarəsi radardan sonra qoyulub. Radar olduğu ərazini geridə qoyan sürücülər ard-arda 2 işarə ilə qarşılaşır. Bu isə onları çaşdırır. Burada həm yolun orta hissəsinə, həm də kənarına radar quraşdırılıb. Ancaq bunu bildirən xəbərdarlıq nişanı radardan əvvəl yox sonra qoyulub. Radara bir neçə yüz metr qalmış yolda saatda 90 kilometrdən artıq sürəti qadağan edən yol nişanı qoyulub. Yol hərəkəti haqqında qanunda isə göstərilir ki, yaşayış məntəqələrində 50-150 metr, magistrallarda isə 150 -1000 metr məsafədə radarın olduğunu bildirən müvafiq xəbərdaredici nişanı olmalıdır.
Bəs belə olanda sürücülərin çaşqınlığına əsas varmı? Ekspertlər deyir ki, yolda radarın olduğunu bildirən nişanın olub-olmamasından aslı olmayaraq sürücülər avtomobili hərəkət sürətini bildirən nişana idarə etməlidir.
Yəni xəbərdaredici nişanın olmaması radara düşən avtomobilin sürücüsünü cərimədən yayındırmayacaq.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












