Bu yoldan istifadə edən sürücülərə DYP-dən - XƏBƏRDARLIQ

Sumqayıt dairəsindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə qədər olan yolla hərəkət edən sürücülər yolda müəyyən edilmiş sürət və tənzimləyici nişanla bağlı narazılıq edirlər. Belə ki, həmin yolda ötmə əməliyyatı ümumiyyətlə qadağandı. Hərəkət sürəti isə 70km/saat müəyyən edilib. Srücülər bildirir ki, yolda ağır tonnajlı və ya asta hərəkət edən bir maşın önə düşərsə, arxadan gələn nəqliyyat vasitələri onu ötüb, keçə bilmir. Bu da nəqliyyat vasitələrinin xeyli gecikməsinə və vaxt itkisinə səbəb olur.
Məsələ ilə bağlı qaynarinfo.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, Sumqayıt dairəsindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yolda nəqliyyatın hərəkətinin intensiv olduğuna görə ötmə əməliyyatının aparılmasına icazə verilmir: "Əgər kimsə tələsirsə Stansiya Sumqayıtdan paralel 110km/saat sürətlə hərəkətə icazə olan yola çıxaraq daha tez gedə bilərlər. Bu yolda isə həddindən artıq çox sərnişin daşıyan nəqliyat vasitələri, yük avtomobilləri hərəkət etdiyinə görə sürət həddi aşağı qoyulub. Bu yolda bəzi yerlər enlidir, amma bəzi hissələrdə daralma var. Yolun bir hissəsini iki zolaqlı edib, sonradan bir zolağa endirmək nəqliyyatın ləngiməsinə gətirib çıxaracaq. Ona görə, hər iki istiqamətdə bir zolaq nəzərdə tutulub. Yolun eni mövcud standartlara əsasən imkan vermir ki, hər iki istiqamətdə iki zolaqlı olsun".
Qurum rəsmisi qeyd edib ki, 70km/saat sürət normal sürət hesab olunur: "80km/saat sürətə qədər hərəkət edən avtomobillər məsuliyyətə cəlb olunmur. Kim daha yüksək sürətlə getmək istəyirsə və daha tez çatmaq istəyirsə dairədən təqribən 1 km aralıda olan paralel yola çıxaraq hərəkət edə bilər. Sumqayıt dairəsindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yolda sürət həddinin aşılması avtomobildə olan xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunursa, protokollaşdırılır. Sürücülər ərazidə müəyyən edilmiş sürət həddini aşmamalıdır. Bu yolda xeyli sayda ağır yol nəqliyyat hadisələri olub. Bu səbəbdən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə uyğun sürət 70km/saat müəyyənləşdirilib".
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var












