Bu yollara yeni radar və kameralar yerləşdirilir - Sürücülər sevinir - VİDEO

Ölkə ərazisində olan magistral yollarda radar və kameraların quraşdırılması prosesi davam etdirilir. Hazırda işlər Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay ərazisindən keçən hissəcində aparılır. Avtosfer.az-ın məlumatına görə, yollarda texnikalar qoyulub, təmir işləri aparılır. Səbəb magistral yollarda radar və videokamera sistemlərinin quraşdırılmasıdır. Radarsız və videomüşahidəsiz yollarda daha çox qəzaların olması bu işin aparılması işinin vacibliyini artırıb. Yollarda bu kimi tədbirlərin görülməsinə isə ən çox sevinən sürücülərdir. Sürücülərin sözlərinə görə, bu yolda radar və kameranın olmaması səbəbindən sürət həddi aşılır və ölümlə nəticələnən qəzalar baş verirdi.
Yolda quraşdırılan cihazlar vasitəsilə axtarışda olan maşınları, həmçinin müxtəlif vaxtlarda qayda pozuntusuna yol vermiş avtomobilləri də müəyyənləşdirmək olacaq. Həmçinin, ağıllı videokamera sistemi nömrə oxuma qabiliyyətinə də malik olacaqdır.
Göyçay ərazisində işlər tam yekunlaşandan sonra növbəti hədəf Ağsu dolayları olacaq. Burda da radar və kameralar quraşdırlacaq.
May ayında magistral yol boyunca işlər tamamilə başa çatacaq.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












