Bu yollarda 5 gün nəqliyyatın hərəkəti dayandırılacaq - SİYAHI

Azərbaycanda "Tour d'Azerbaidjan-2016" beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar olaraq, Bakı şəhəri ərazisində yarışın hərəkət istiqaməti üzrə bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib. Onun sözlərinə görə, İdarə avtomobil sahibləri, paytaxt sakinləri və sürücülərin nəzərinə çatdırır ki, mayın 4-də səhər saat 09:30-dan etibarən start veriləcək yarış paytaxtın Dövlət Bayrağı Meydanından Bakı Dairəvi yolu ilə Bakı-Sumqayıt şosesi, Masazır-Novxanı-Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bır sıra mərkəzi küçələri üzrə davam edəcək: "Həmin marşrut üzrə kəsişən əksər küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək. Sürücülərdən xahiş olunur ki, həmin gün alternativ yollardan istifadə etsinlər".
Avtosfer.az mayın 5-8-də davam edəcək yarışla bağlı bağlanacaq yolların siyahısını təqdim edir:
May ayının 5-də saat 09.30-dan 15.30-dək- Bakı şəhərindən Şamaxı-İsmayıllı istiqamətində
May ayının 6-da saat 09.30-dan 15.00-dək - Qəbələ-Oğuz-Şəki istiqamətində və Şəki şəhərinin bir sıra mərkəzi küçələrində
May ayının 7-də saat 09.30-dan 13.30-dək - Qəbələ-İsmayıllı-Şamaxı istiqamətində Pirqulu kəndinədəkmaqistralda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.
May ayının 8-də səhər saat 09.00-dan 12.00-dək - Bakı şəhərində “Azadlıq meydanı – Neftçilər prospekti – Nobel prospekti – Zığ şosesi – Qala yolu – Buzovna – Bilgəh – Zağulba – Buzovna – Hava limanı şosesi” marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq, saat 09.00-dan 15.30-dək isə Heydər Əliyev prospekti – Yusif Səfərov küçəsi – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı – Nefçilər prospekti – İçəri şəhərdə Kiçik Qala küçəsi – Qoşa Qala Qapısı – İstiqlaliyyət küçəsi – Sona xanım Vəliyeva küçəsi – Lermontov küçəsi – Teymur Elçin küçəsi – Mehdi Hüseyn küçəsi – Parlament prospekti – H.Cavid prospekti – Landau küçəsi – İnşaatçılar prospekti – Bakıxanov küçəsi – Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Bülbül prospekti – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı” marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.
Fidan
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










