Bu “zapçast” sürücüləri yolda qoya bilər – MÜTLƏQ DİQQƏT EDİN

Avtomobilin davamlı çalışması və uzunömürlü olması üçün ən önəmli detallardan biri də məhz akkumulyatordur. Bu cihaz nəqliyyat vasitəsində, bir növ, batareya vəzifəsini yerinə yetirir və mühərrikin işə düşməsində, eyni zamanda, elektrik ötürücüləri, siqnalizasiya, maqnitofon kimi parçaların işləməsini də təmin edir. Maşın ustalarının və mütəxəssislərin tövsiyəsinə əsasən, ortalama normal akkumulyatorun ömrü keyfiyyətindən asılı olaraq, 3-5 il arası dəyişir. Lakin xüsusi qayğı və vaxtı-vaxtında qulluq etməklə akkumulyatorun istismar müddətini 5 ildən daha yuxarı çıxarmaq olar. Əsas məsələ, keyfiyyətli və dözümlü akkumulyator seçməkdir.
Mövzu ilə bağlı danışan təcrübəli avtomobil təmirçisi Xəyyam Səlimov bildirib ki, akkumulyator seçərkən ilk öncə istehsal edən şirkətin markasına, hansı ölkədə hazırlanmasına diqqət etmək lazımdır.
“Akkumulyatoru sıradan çıxaran bir çox şey ola bilər. Çünki bu cihaz maşının bir çox funksiyasını işə salır və ya təkan verir. Ölkəmizə gətirilən ən yaxşı akkumulyatorlar Ukrayna, Rusiya və Türkiyə istehsalı olanlardır. Amma son vaxtlar Ukraynadakı müharibə və s. səbəblərə görə bazarda Çin mənşəli akkumulyatorların sayı sürətlə artır.
Ümumi danışmaq istəmirəm və heç kimin bazarına ziyan vurmaq da istəmirəm. Amma Çindən gətirilən digər ehtiyat hissələri kimi, akkumulyatorlar da olduqca zəif və keyfiyyətsiz olur. İstənilən elektrikdən, motoristdən soruşun”.
Onun fikrincə, akkumulyator və digər ehtiyat hissələrinin alışı zaman istehsal olunduğu ölkəyə və şirkətə fikir verilməlidir:
“Sürücülərin əksəriyyəti qiyməti nisbətən ucuz olduğu üçün belə akkumulyatorlara qaçır. Sonra da 1 il olmamış gəlirlər ki, akkumlyator “zaryatka”dan düşür ya da mühərriki işə sala bilmir. Belə akkumulyatorlara təcili vəziyyətlərdə “primiçka” vermək də çox çətin olur. Sürücülərə məsləhət görürəm ki, təkcə akkumulyator yox, istənilən ehtiyat hissəsini alanda onun buraxıldığı yerə, ölkəyə fikir versinlər. Mümkün qədər Türkiyə və qərb ölkələrinin istehsalı olan avadanlıqları alsınlar”.
(yenisabah.az)
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA










