“Bugatti” 7 milyonluq hiperkarını təqdim etdi – FOTO + VİDEO

“Bugatti” şirkəti fransızcadan tərcümədə “qasırğa” mənasını verən yeni “Tourbillon” hiperkarını təqdim edib. Avtosfer.az xəbər verir ki, modelin eksteryerini hazırlayarkən dizaynerlər “Type 57SC Atlantic” və “Type 35” modellərindən ilhamlanıblar. “Tourbillon”un qeyri-adi alətlər paneli İsveçrə saat istehsalçıları ilə birgə hazırlanıb. Onu yaradarkən titandan, eləcə də yaqut və sapfirdən istifadə edilib. Mərkəzi konsol alüminium və kristaldan hazırlanıb. Hiperkar, həmçinin lazım olduqda iki saniyəyə uzanan “gizli” multimedia sistemli ekran ilə təchiz edilib.
Hiperkar ümumilikdə 1800 a.g. verən 252 kq çəkili 8,3 litrlik V16 motoru və 3 elektromühərriklə təchiz edilib.
Avtomobil təkcə elektrik enerjisi ilə 60 km məsafə qət edə bilir. Maksimal sürət 445 km/saatdır. Model 100 km/saat sürəti cəmi 2 saniyəyə yığır.
Ümumilikdə şirkət 250 hiperkar istehsal etməyi planlaşdırır. Yeni hiperkarın satışına yalnız 2026-cı ildə başlanacaq. Avtomobilin qiyməti 3,8 milyon avrodur (6,9 mln AZN).
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var














