“Bugatti” qırıcı təyyarə ilə yarışa çıxdı - FOTO - VİDEO
Avtoxəbər
21 May 2021 09:20

“Bugatti” şirkəti “Chiron Sport” modeli ilə “Dassault Rafale” qırıcı təyyarəsinin yarışını əks etdirən foto və videogörüntüləri paylaşıb.
Şirkətin rəsmi saytı və “YouTube” kanalından yayılan məlumatda avtomobilin 1500 at gücü olan 16 silindirli 8 litrlik mühərriklə təchiz edildiyi vurğulanıb.
Sürət yarışında “Chiron Sport” modelinin “Səmanın əfsanəsi” adlı aviasiya versiyası iştirak edib. 2.4 saniyəyə 100 km/saat sürət yığan avtomobilin maksimal sürət göstəricisinin 420 km/saat olduğu bildirilib.
Təyyarəyə gəlincə isə qırıcıda 58 550 nyuton (5727 at gücü) qüvvəyə malik mühərrik quraşdırılıb. Buna baxmayaraq, yerdə avtomobil ondan daha üstün olub. Lakin havaya qalxan kimi qırıcı “Bugatti”ni geridə qoyub.
Qeyd edək ki, yarış Fransa hərbi hava bazasının 1.5 km-lik uçuş zolağında təşkil olunub.
Oxunub 2706
DİGƏR XƏBƏRLƏR
28 Yanvar 2026 21:18
Azərbaycanda fərdi alkotesterlərdən istifadə qanunidir? - AÇIQLAMA
28 Yanvar 2026 16:48
Rusiyada təzad: Premium avtomobillər daha çox alınır
28 Yanvar 2026 15:44
Bu avtomobillər idxalı rüsumlardan azad edilir - ŞAD XƏBƏR
28 Yanvar 2026 00:00
Xaricdən avtomobil gətirmək istəyənlərin diqqətinə! – Rekord ARTIM
27 Yanvar 2026 23:06
Cəmi bir neçə dəqiqədə oğurlanan və rahat satılan detal – Hansı avtomobillər hədəfdədir?
27 Yanvar 2026 22:12
Ani tormoz verən maşını arxadan vursalar günah kimdədir? - HÜQUQİ İZAH
27 Yanvar 2026 19:30
Sükan arxasında telefonla danışan sürücülərə 50 MANAT CƏRİMƏ - Kameralar bunu çəkə bilər?
27 Yanvar 2026 19:03
Qış təkəri məcburidirmi? - Ekspertdən sürücülər üçün VACİB AÇIQLAMA
25 Yanvar 2026 23:59
Türkdilli ölkə antik avtomobillərlə bağlı Almaniya sisteminə keçir - FOTO
25 Yanvar 2026 19:00
İki Avropa ölkəsi Çin avtomobillərində təhlükə görür
25 Yanvar 2026 15:51
Yol qəzalarından sonra sığorta ödənişi niyə yubanır? - VİDEO
25 Yanvar 2026 15:08
Çin qlobal avtomobil sənayesini fəth etdi, veteran AB brendləri isə…
ŞƏRH YAZ











