Bugatti Veyron haqqında maraqlı FAKTLAR

Avtosfer.az Bugatti Veyron haqqında maraqlı faktları təqdim edir:
1. Bugatti-nin əyləcləri aerobuslar üçün əyləc istehsal edən şirkət tərəfindən hazırlanıb.
2. Bugatti-nin məxsusi qanadı var ki, o, avtomatik olaraq sürətə görə tənzimlənir. O, Bugatti-yə yerdə qalmağa kömək edir. Belə ki, avtomobil təyyarənin uçuş sıçrayışından daha sürətli gedir.
3. Onu aerokosmik konstruktorlarla birgə hazırlayıblar.
4. Loqotipdə Ettore Buqattinin inisialları var – o, şirkətin təsisçisidir.
5. Bugatti-də ikili V-şəkilli, 8-silindrli mühərrik var və birlikdə onlar W 16 silindr deməkdir ki, bu da avtomobilə həm şəhərdə, həm də trasda rahat hərəkət imkanı verir. Mühərrik titandan hazırlanıb. 3500-dən çox hissədən ibarətdir.
6. Mühərrikin əsl gücü 3000 a.g.-dür. Enerjinin 2/3-si istiyə sərf olunur. Mühərrik ilk dəfə sınaqdan keçiriləndə az qala bina yanacaqdı. Çünki bu zaman o qədər istilik yaranmışdı ki, bu, qış mövsümündə 100 evi qızdırmağa bəs edərdi.
7. Bugatti Veyron-nun 300 km/saatdan çox sürətlə ilk sınağı zamanı qaz buraxma borularından 2 metr uzunluğunda alov çıxmışdı. Əvvəlcə bunu belə də saxlamaq istədilər, lakin qanunsuz olduğundan nadir soyutma sistemi yaratmalı oldular.
8. 300 km/saat cəmi 17 saniyəyə yığılır.
9. Sürət keçidi güc itirmədən baş verir – cəmi 150 milli saniyə, bu da göz qırpımından tezdir. Bu, ikili muftası olan sürət qutusu sayəsindədir.
10. Sürət keçidinin kontrolleri 4 kompüterdən daha güclüdür.
11. Bugatti-nin əyləc diskləri yüksək texnologiyalı kömür-titan keramikasının qarışığından hazırlanıb.
12. Bugatti-nin iki əyləc sistemi var – biri mexaniki (təkərlərdə), digəri isə aerodinamik (palçıq qoruyucularında).
13. 407 km/saatda dayanmaq üçün Bugatti-yə 10 saniyə lazımdır.
14. Bugatti üçün məxsusi şinlər hazırlamaq məcburiyyətində qalıblar. Belə ki, hələ 400 km/saatdan yuxarı sürətdə funksiyalarını yerinə yetirmək üçün şin istehsal edilməyib.
15. Arxa təkərlərin eni 37 santimetrdir.
16. Benzin çəninin tutumu 100 litrdir. Bugatti yanacaq yandırmağı çox sevir – şəhərdə 37 litr/100 km, trasda 14,9.
17. Bugatti-də hər bir detal əl ilə yığılır.//auto.az//








Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












