"Bunun cəriməsi 150 manat yox, cəmi 50 manatdır"

Avtomobilin mühərrikində işlənmiş qazların tərkibi normativə uyğun olmazsa, bunun cəriməsi 150 manat yox, cəmi 50 manatdır. Avtosfer.az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov DYP-nin "Təmiz hava aylığı" üzrə tədbirləri barədə yayılan məlumatlarda yol verilən yanlışlığa münasibətində bildirib: "Son 2-3 gündə ən azı 20-30 nəfərin, o cümlədən KİV nümayəndələrinin bununla bağlı sualına cavab verməli olmuşam. Bir daha qeyd edim ki, bu xətanın cəriməsi cəmi 50 manatdır, özü də avtomobilin həmin nasazlığı aradan qaldırıla bilmədikdə".
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir.
Emin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










