Bütün avtomobillərə "92" markalı benzin vurmaq təhlükəlidir - Usta danışdı - VİDEO

Hazırda ölkəmizdə “Avro-4” standartına cavab verən avtomobillərin əksəriyyəti “Aİ-92” markalı benzinlə idarə olunur. Avtomobil üzrə ekspert Elçin Abbasov bunu təhlükəli hesab edir. Onun sözlərinə görə, dünya standartından fərqli olaraq, Azərbaycanda satılan “Aİ 92” markalı benzinin tərkibində kükürd çoxdur. Ekspert bildirib ki, belə kükürd yanma zamanı qətrana çevrilir və zamanla avtomobilin mühərrikinin sıradan çıxmasına səbəb olur. E.Abbasov hesab edir ki, hətta zavod tərəfindən avtomobilə “Aİ-92” markalı benzin tökmək tövsiyyə edilsə belə, sürücülərin bu benzindən istifadə etmələri məqsədəuyğun deyil. Bu benzindən istifadə edəndən sonra avtomobildə müəyyən problemlərin ortaya çıxdığını sürücülər də təsdiqləyirlər.
Məsələ ilə bağlı SOCAR-ın Neft Emalı zavodunun direktor müavini Rasim İbrahimov bildirib ki, hazırda Azərbaycanda istehsal olunan “Aİ-92” markalı benzin ancaq “Avro 2” standartına uyğundur. Bu səbəbdən “Avro 4” standartına cavab verən avtomobillərin sürücüləri “premium” benzindən istifadə etməlidirlər. R.İbrahimov qeyd edib ki, Azərbaycan gələcəkdə “Avro 5” standartına cavab verən benzin istehsal etməyi planlaşdırır. Bu, Qaradağda yerləşən Neft-kimya kompleksinin yenidənqurmadan sonra fəaliyyətə başlaması ilə mümkün olacaq. Layihənin reallaşması təxminən 2020-ci ilə nəzərdə tutulub.
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi












