Bütün taksilərdə eyni qiymət olacaq - YENİ TƏLƏB - VİDEO

Bu ilin sonundan etibarən Bakıda bütün taksilər vahid qiyəmətlə xidmət göstərəcək. Bununla bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən konsepsiya hazırlanır. Sistem işə düşdükdən sonra bütün taksilərdə taksometr olacaq və kilometrə görə qiymət bütün taksilərdə eyni olacaq. Bu qiymətin isə indikindən aşağı olması nəzərdə tutulur.
Plana görə oktyabrdan etibarən taksometr quraşdırılmayan taksilərə fərqlənmə nişanı verilməyəcək və proses başa çatdıqdan sonra vahid qiymət tətbiq ediləcək. Lisenziyalar 1 aylıq müddətə verildiyindən bir neçə aya bütün taksilərə bu cihazın quraşdırılması planlaşdırlır. Yeni sistem yalnız fərdi taksilər üçün keçərli olacaq. Taksi şirkətlərinində rəqabətə tab gətirmək üçün qiyməti aşağı salacağı gözlənilir. Düşünülür ki, bu üsulla həm də sürücülərin qeydiyyatı və vergiyə cəlb edilməsi asanlaşacaq.
Hazırda taksilərə verilən fərlənmə nişanı 18 manatdır, amma qiymətin artması gözlənilir. Taksi sürücüləri isə qiymətin normal təyin ediləcəyi təqdirdə vahid qiymətlə çalışmağın onlar üçün hər hansı çətinlik yaratmayacağını bildirir.
Qiymət Tarif Şurası tərəfindən tənzimlənəcək. Taksometrsiz fəaliyyət göstərəcək taksilərə tətbiq ediləcək cərimələr isə daha sonra müəyyənləşəcək.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










