BYD-nin səhmləri ucuzlaşır

Dünən, avqustun 4-də BYD səhmləri Honq-Konq birja ticarətində 4%-dən çox ucuzlaşıb. Bu, Çin şirkətinin satışlarının son 17 ayda ilk dəfə azalması ilə əlaqələndirilir. Xatırladaq ki, avqustun 1-də BYD müştərilərə 341 min avtomobil (həm elektrik, həm də hibrid modellər) tədarük etdiyini açıqlayıb. Bu, ötən illə müqayisədə cəmi 0.06% çoxdur, lakin 377 min avtomobilin satıldığı iyun ayı ilə müqayisədə demək olar ki, 10% azdır. Eyni zamanda, hibrid modellərin satışları 22.6% azalıb. Satışların azalması yay mövsümü üçün xarakterik olsa da, indiki azalma hökumətin avtomobil istehsalçılarına təzyiqi ilə bağlı ola bilər. BYD indiyədək yüksək satış rəqəmlərinə əsasən elektrik avtomobillərində əhəmiyyətli endirimlər sayəsində nail olub. Bununla belə, artıq iyunun əvvəlində Çin hakimiyyəti bu cür aqressiv qiymət müharibəsi və dempinqinin yolverilməzliyi barədə xəbərdarlıq edib. Bundan sonra təkcə BYD deyil, həm də “Li Auto” (keçən illə müqayisədə demək olar ki, 40%) və “Nio” (illiklə müqayisədə mənfi 2.7% və iyun ayı ilə müqayisədə mənfi 15%) da satışların azaldığını bildirib.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












