Cərimə protokolu gələndə diqqətli olun - Belə də olur... - VIDEO

Yol polisinin elektron protokolu sürücünü təəccübləndirib. Belə ki, protokolda göstərilən maşın və dövlət nömrə nişanı ona məxsus deyil. Hadisə bir neçə gün əvvəl Bakıda, sürücü Ülvi Daşdəmirlinin başına gəlib. Onun sözlərinə görə, radara düşməsi ilə bağlı mobil telefonuna SMS gəlib. Protokoldakı şəkildə 99-FO-661 dövlət nömrə nişanlı ''Mitsubishi" markalı avtomobil əks olunub. Fotodan belə aydın olur ki, həmin maşını ərazidə xidmət aparan patrul avtomobili “I-Patrul” vasitəsilə çəkib. Cərimə məbləği böyük olmasa da sürücü ona ünvanlanan cəriməni ödəməkdən imtina etdiyini deyir.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, Kamran Əliyev bildirib ki, sözügedən məsələ texniki səhvdir: “Sistemdə texniki səhv aradan qaldırılıb və qayda pozuntusuna yol verdiyi üçün tərtib olunan protokol “Mitsubishi” markalı avtomobilin sürücüsünə ünvanlanıb. Buna görə də, “BMW”nin sürücüsü Ülvi Daşdəmirlinin narahat olmasına heç bir əsas yoxdur”.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












