Chevrolet kraş-testdə 0 bal aldı – VİDEO

Avtoxəbər 27 Sentyabr 2024 14:24 Oxunub 800
Chevrolet kraş-testdə 0 bal aldı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Latın Amerikası bazarı üçün nəzərdə tutulmuş Chevrolet Groove modelinin sınaqları təəccüb doğurub. 

Avtosfer.az xəbər verir ki, Latin NCAP normaları daxilində keçirilən sınaqlar avtomobilin etibarsız olduğunu göstərib. Kraş-test zamanı maşın ciddi deformasiyaya uğrayıb, manekkenlər ciddi zədə alıb. Yandan sərbə isə avtomobilin karkasının çox zəif olduğunu göstərib.

Nəzərə alaq ki, Latin NCAP-ın şərtləri Avropadakı sınaqlardan daha yüngüldür. Bu sınaqlar yalnız Cənubi Amerikada satılacaq maşınlara şamil edilir. 
Latin NCAP istehsalçıya avtomobili təkmilləşdirməyi, alıcılara isə bu modeldən uzaq durmağı tövsiyə edib.

Lakin bir faktı da nəzərə alaq. Bu modeli amerikalı istehsalçı layihələndirməyib. Sözügedən maşın Çinin Baojun 550 modelinin Latın amerikası üçün nəzərdə tutulan, bir qədər dizaynı dəyişmiş formasıdır. Maşının qiyməti cəmi 12 000 dollardır. 

Chevrolet Groove avtomobili Azərbaycanda rəsmi şəkildə satılmır.

Vüqar Yaşaroğlu

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh