Çin Aİ ölkələrinə elektrik avtomobilləri satışını genişləndirmək niyyətindədir

Çinin Zeekr elektrik avtomobil istehsalçısı yeni tariflərin məsələnin həllini uzatmasına baxmayaraq, Aİ-də fəaliyyətini genişləndirməyə hazırlaşır. Bu barədə şirkətin Avropadakı yüksək səviyyəli icraçısı “Euronews”-ə bildirib.
Keçən il Aİ tariflərinin hədəf aldığı Çin şirkətlərindən biri olan Geely Holdings-in bir bölməsi olan Zeekr Europe-nin icraçı direktoru vəzifəsini icra edən Lothar Schupet bildirib ki, brend Avropaya “sadiqdir”.
Keçən oktyabr ayında Aİ Çin istehsalı olan elektrik avtomobillərinə (EV) yüksək tariflər tətbiq edib və Brüssel avropalı rəqibləri haqsız olaraq zərərə saldığını söyləyib. Tədbiri “açıq proteksionizm aktı” adlandıran Pekin Brüsselin ədalətsiz və əsassız adlandırdığı qərara Aİ-də istehsal olunan konyak, donuz əti və süd məhsulları üzərində yoxlamalarla cavab verdi.
Gözlənildiyi kimi, cümə axşamı Pekində keçirilən bir günlük Aİ-Çin sammiti bu məsələdə heç bir irəliləyişə gətirib çıxarmayıb.
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var
2025-ci ilin ən böyük avtomobil istehsalçıları: "Toyota" liderdir
Çinin avtomobil sənayesi qlobal iqtisadiyyata təzyiq edir
Avtomobilin uzun müddət hərəkətsiz qalmasından yaranan problemlər
Çin avtomobilləri öz sahiblərini "girov götürür" - VİDEO










