Çin avtomobillərinin problemi BİLİNDİ - Bu məqamlara diqqət edin!

Çin avtomobillərinin ən problemli yerlərindən biri elektrik sistemidir.
Avtosfer.az xəbər verir ki, avtomobil eksperti Mixail Martınov Rusiya portalının birinə verdiyi müsahibəsi zamanı bu məsələyə toxunub.
Onun sözlərinə görə, ardıcıl ikinci qışdır ki, xeyli sayda avtomobildə elektrik nasazlığı aşkarlanır:
“Bu, Çin avtomobillərində elektrik naqillərindəki birləşmələrin boşluğu ilə bağlıdır, onların üzərində yenidən işləmək lazımdır”.
Ekspert qeyd edib ki, bu problem aradan qaldırılmadığı təqdirdə müxtəlif sensorlarda, ABS və variatorun işində nasazlıq yaradar.
Martınovun fikrincə, çinlilərin zəif tərəfləri arasında metalın və montajın keyfiyyətini də qeyd etmək olar:
“Bu səbəbdən də soyuq ölkələrdə yaşayan bu cür nəqliyyat vasitələrinin sahiblərinə tövsiyəm odur ki, avtomobili alıdıqdan dərhal sonra antikorroziya tədbirləri aparsın”.
“Avtomobildə asma sistemi də həssas nöqtələrdən biridir, xüsusən də daim torpaq yollarda idarə edərkən”, - deyə O, söyləyib.
Namiq Musayev
Kapotu açanda həmin çubuğu niyə görmürük? - Avtomobillərdə bir dövrün sonu
Elektromobil batareyaları neçə il işləyə bilər? - ARAŞDIRMA APARILIB
Çində elektromobillərlə bağlı daha bir sərtləşdirmə
“Gelandewagen”in daha bir rekordu
ABŞ-da uçan maşınların istifadəyə verilməsi planlaşdırılır
Yüzlərlə “Porsche” və BMW avtomobili uzaqdan bloklandı - Rusiya ŞOKDA…
Azərbaycan “AvtoVAZ”ın əsas bazarları arasındadır
Qışda avtomobili düzgün necə yuyaq?
Qadınlar avtomobili daha səliqəli park edirmiş
Avtomobil gedir, sürücü yatır: Tesla məharəti - VİDEO
Avtomobil bazarında qiymət artımı - Hansı maşınlar bahalaşıb?











