Çin benzinlə işləyən avtomobil satışını qadağan edəcək

Çin benzinlə işləyən avtomobil satışını qadağan edəcək. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, bu barədə Çin sənaye və informasiya texnologiyaları nazirinin müavini Xin Guobin deyib. O bildirib ki, Çin hökuməti benzinlə işləyən nəqliyyat vasitələrinin satışının dayandırılması ilə bağlı prosesin sona çatdırılması üçün tarixi müəyyən etmə mərhələsindədir. Bunun nəticəsində Çindəki avtomobil sənayesinin böyüməsi və ətraf mühitə mənfi təsirlərin azalması məqsədi güdülür. Dünyanın ən böyük avtomobil bazarı olan Çin şirkətlərin elektrik enerjisi ilə işləyən avtomobillərin istehsalı sahəsinin inkişaf etdirilməsi ilə bağlı səylərini artırmağı hədəfləyir. Çinli rəsmilər benzinlə işləyən nəqliyyat vasitələrinin ölkədə istifadəsini qadağan etməyi planlaşdırırlar.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












