Çin maşınlarına hansı benzini tökək? – EKSPERT RƏYİ

Azərbaycanda Çin maşınları kifayət qədər populyarlaşıb. Onların çoxunu 1,5 və ya 1,6 litrlik turbo benzin mühərrikli avtomobillər təşkil edir. Rəsmi sənədlərə görə Çin maşınları Avropa modellərindən fərqli olaraq 92 oktanlı benzinlə istismar olunur. İstehsalçı məhz 92 oktan tövsiyə edir. Lakin Çin maşınlarının kütləviləşdiyi Rusiyada ekspertlər başqa cür düşünürlər.
Avtosfer.az xəbər verir ki, rus ekspert Aleksey Balaşov (həm də ehtiyat hissələri satan şirkətdə böyük vəzifə tutur) iddia edir ki, 92 oktanlı benzin məsələsi marketinq gedişindən başqa bir şey deyil. Bu yolla alıcı cəlb olunur. Uzunmüddətli istismar zamanı aşağı oktanlı benzin qazanc gətirmir.
Digər rus ekspertlər də oxşar fikir səsləndirirlər. Onların fikrincə, Çin modellərinin kompressorlarında təzyiq çoxdur. 92 oktanlı benzin bu təzyiqdə detonasiyasız yana bilmir. Müasir alışdırma sistemləri detonasiyanın qarşısını almaq üçün alışma bucağını qabağa çəkir. Nəticədə güc azalır, mühərrikdə aşınma artır.
Digər tərəfdən, 92 oktanlı benzin yanarkən daha çox istilik ayrıldığı üçün turbokompressor və qaz xaricetmə sistemləri çox güclü qızır və aşınır. Aşağı oktanlı benzin mühərrikin sabit işləməsinə mane olur, titrəyiş və səs artır. Bu səbəbdən 95 oktanlı benzin tövsiyə olunur.
Rus ekspertlər bir məqamı da diqqətə almağı məsləhət görürlər: Çində satılan 92 oktan benzin MDB-dəki 98 oktanlı benzinlə eyni keyfiyyətdədir.
Vüqar
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










