Çin maşınlarının “YARALI YERİ” – Ən çox bu detallara görə yarı yolda qalırlar

Hazırda Bakı və Abşeron zonası Çin avtomobil şirkətlərinin təlim poliqonunu xatırladır.
Digər ölkələrdə də çin maşınları bazarı üstələyib, amma Bakı və ətraf qəsəbələrdə hər üç maşından ikisi Çin maşınıdır. Çin istehsalının keyfiyyətdə Avropa ölkələrindən geri qaldığını bilə-bilə yenə də insanlar könül rahatlığı ilə bu maşınlara üz tuturlar.
Çin avtomobili alanların diqqətinə: YANA, PARTLAYA BİLƏR
Müasir dizaynları, zəngin texnoloji imkanları və münasib qiymətləri ilə alıcıların diqqətini çəkən bu avtomobillər bazarlarda öz yerlərini möhkəmləndiriblər. Amma yenə də bu maşınların zəif tərəflərini diqqətli avtomobilsevərlər bilməlidir.
Avtomobillər üzrə ekspert Seymur Nağıyevin verdiyi məlumata görə, bu zəif tərəflər əsasən mühərrik sistemi, sürrətlər qutusu və material keyfiyyəti ilə bağlıdır.
“Unutmaq olmaz ki, bu maşınlar CVT və ya robotlaşdırılmış sürətlər qutusuna malikdir.
Belə olanda bəzən ötürmələrdə gecikmələr, ilişmələr müşahidə olunur. Amma ən sıx rast gəlinən problem yanacaq sistemindədir. Xüsusilə aşağı keyfiyyətli yanacaq istifadə edəndə zəifliklər tez üzə çıxır. Yanacaq injektoru, porşen və klapanlar çox axtarılan və sifariş edilən detallardandır”.
Məlumat üçün bildirək ki, Rusiyada Geely avtomobillərinin mühərriklərində klapanların və porşenlərin yanmasına görə Geely Monjaro, Geely Cityray və Geely Boyue Pro 2025 buraxılış ili modellərinin böyük hissəsi geri çağırılıb.(bizim.media)
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...
Xaricdən avtomobil sifariş etmək istəyənlər üçün VACİB XƏBƏR
Bu şəxslər maşın sürərkən təhlükəsizlik kəməri taxmaya bilərlər
Yeni nəsil nəqliyyat vasitələrində gözlənilməz zəiflik aşkarlandı - Süni intellekt əsaslı ...
Avtomobil akkumulyatorunun ömrünü necə uzatmaq olar?
"BMW" və “Mercedes”lərin satışlarının qadağan edilməsi istənilir
Maşın nömrələrini gizlədən qurğu - Alanları hansı cəza gözləyir? - VİDEO










