Çin “Mercedes”in oxşarını buraxdı – QİYMƏTİ ŞOK EDİR

Çin “Mercedes GLS”nin oxşarını buraxıb. Söhbət “Beijing Auto B90” böyük krossoverindən gedir. Avtomobil “Mercedes-Benz” ilə əməkdaşlıq çərçivəsində istehsal edilib. 7 yerlik iri ölçülü avtomobil xüsusiyyətlərinə görə “Mercedes GLS”ni təkrarlayır. Bununla belə, “Beijing Auto” Daimler”lə uzun müddətdir ki, əməkdaşlıq edir və oxşar modellərin istehsalı üçün lisenziya əldə edib.
“Beijing Auto B90” alman donorundan yalnız gövdə elementləri və təhcizatına görə fərqlənir. “Beijing Auto B90”nın güclü mühərriki “Mercedes GLS”yə tanışdır. Avtomobil 333 at gücündə 3.0l həcmli V6 mühərriklə və 420 at gücündə 4.0 l həcmli V8 mühhəriklə təhciz edilib. Hər iki versiya 4x4 çəkimlidir və 7 pilləli avtomat transmissiya ilə təhciz edilib.
Təhcizatının zənginliyi ilə seçilən krossover Çində 125 min dollara təklif edilir. Avtomobilin salonu dəri və ağac işləmələrdən yığılıb. Avtomobilin təhcizatına klimant-kontrol, elektron oturacaqlar və böyük multimedia monitoru daxil edilib.Avtomobilin 6 və 7 oturacaqlı iki versiyasını sifariş etmək mümkündür.
Məsələ ilə bağlı “Mercedes Benz”in Azərbaycandakı rəsmi distribütoru “Avtokapital” şirkətinin rəhbəri Eldəniz Quliyev fins.az-a münasibət bildirib. Onun sözlərinə görə, Çin nə qədər “Mercedes”in oxşarını buraxsa da, həmin avtomobillər heç vaxt “Mercedes” ola bilməz:”Avtomobilin salonuna baxanda, salonun iyini hiss edəndə kefiyyət fərqi hiss olunur. Oturacaqların dəri üzlüyünə toxunanda artıq məlum olur ki, bu hansı materialdan hazırlanıb”.
Fins.az
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı











