Çinin hibrid maşınlarına rüsumların genişləndirilməsi müzakirə olunur

Avropa İttifaqı qurumları Çin istehsalı olan hibrid avtomobillərə qarşı əlavə rüsumların tətbiqini müzakirə edir. Avtosfer.az xəbər verir ki, hazırda yalnız elektrik avtomobillərinə tətbiq olunan tariflərin daxili yanma mühərriki və elektrik motoru olan nəqliyyat vasitələrinə də şamil edilməsi nəzərdən keçirilir. Bu addımın məqsədi qeyri-bərabər rəqabət şəraiti və dövlət subsidiyaları ilə bağlı narahatlıqları aradan qaldırmaqdır. Elektrik avtomobillərinə tətbiq edilən rüsumlar ötən ildən qüvvədədir və üzv ölkələr arasında fikir ayrılığı yaradıb. Bəzi ölkələr bu tədbirləri dəstəkləsə də, digərləri Çin bazarından asılılıq səbəbindən ehtiyatlı mövqe tutur. Son bir ildə Çin hibrid avtomobillərinin Aİ-yə ixracı kəskin artıb. Bu fonda tərəflər arasında ticarət münasibətlərində müəyyən yumşalma əlamətləri müşahidə olunsa da, rüsumların ləğvi ilə bağlı hələlik yekun qərar yoxdur.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












