COP29-dan sonra bu maşınlara tələbat artacaq

Bakıda Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan COP29 tədbiri start götürüb. Ekoloji təmizliyin təmin olunması istiqamətində əsas məsələlərdən biri də yanacaq vasitələri ilə çalışan nəqliyyat vasitələri ilə bağlıdır. Benzin və dizel yanacağı ilə çalışan maşınların havaya buraxdığı karbondioksid qazı ekoloji çirklənməni yaradan əsas amillərdən biridir. Yaxın gələcəkdə bütün dünyada olduğu kimi, Azərbaycanda da bu tip nəqliyyat vasitələrinin yeni elektromobillərlə əvəz olunması gözlənilir.
Avtosfer.az yeni.sabah-a istinadən xəbər verir ki, COP29-dan sonra elektromobil nəqliyyat vasitələrinə tələbat kəskin sürətdə arta bilər. Ümumiyyətlə, son bir neçə il ərzində ölkə daxilində elektrik mühərrikli nəqliyyat vasitələri və onların yanacaqdoldurma vasitələri kimi avadalıqları ilə bağlı edilən güzəştlər, bu maşınlara olan tələbi xeyli yüksəldib.
Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da elektromobillərin avtomobil satışındakı bazar payı çox sürətlə artır. Bir çoxları bu tendensiyanın qalıcı olacağını bildirir. Hazırda ölkə daxilində satışlar həyata keçirən bir çox avtomobil markaları elektrik mühərrikli modellərin satışı ilə bağlı güzəştlər və sərfəli satış şərtləri təqdim etməkdədir. COP29 tədbiri isə məhz bu baxımdan yeni mərhələyə keçidin başlanğıcı ola bilər.
Yaxın gələcəkdə elektromobil nəqliyyat vasitələrinin ehtiyat hissələrinin və digər lazımi avadanlıqlarının daha əlçatan olması, bu növ maşınların alışını daha çox artıracaq. Bu isə həm ekoloji təmizlik, həm də vətəndaşların komfortu üçün olduqca təqdirəlayiqdir.
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ











